Icma.az
close
up
RU
Sabah la matç bu dəfə fərqli olacaq TNS in baş məşqçisi

Sabah la matç bu dəfə fərqli olacaq TNS in baş məşqçisi

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi

"Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS klubu ilə cavab matçına çıxacaq.

QOL.az xəbər verir ki, TNS klubunun baş məşqçisi Kreyq Harrison matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məğlubiyyətdən sonra komandada vəziyyət və əhval-ruhiyyə necədir?

- Hər şey qaydasındadır. Biz dərk edirik ki, "Sabah" çox yaxşı komandadır. "Qarabağ" kimi Çempionlar Liqasında uğurla çıxış edən bir komanda ilə rəqabət aparırlar və onlara qarşı belə nəticələr göstərirlərsə, deməli, zəif ola bilməzlər. Onların çox yaxşı oyunçuları və təcrübəli baş məşqçisi var. Məğlubiyyətə rəğmən komandamın təşkilatçılığı, əzmkarlığı və fədakarlığı məni sevindirdi. Bəlkə də istədiyimiz qədər hücum edə bilmədik.

- İlk oyunda topa daha çox "Sabah"ın sahib olacağını gözləyirdiniz. Sabahkı matçdan gözləntiniz necədir?

- Bəli, bu dəfə rəqibin topa o qədər də çox sahib olmayacağını gözləyirəm. Lakin onlar topa nəzarət etməyi sevən komandadırlar, ona görə də yenə müəyyən üstünlükləri ola bilər. Oyun planımız bu dəfə fərqli olacaq, topla daha çox oynamağa və imkanlar yaratmağa çalışacağıq. Topa sahib olmaq güclü göstəricidir, amma yekunda hər şeyi qapıya zərbələr həll edir. Evdə daha çox hücum etməyi və onları təzyiq altında saxlamağı planlaşdırırıq. Əgər ilk qolu biz vursaq, hər şey dəyişəcək.

- İlk matçdan hansı dərsləri çıxardınız? Oyuna tam hazırsınız?

- Futbolda həmişə nəsə öyrənirsən. Nəyi daha yaxşı edə biləcəyimizi analiz etdik. Məşqçilər heyəti ilə saatlarla bunun üzərində çalışmışıq. Müsbət və mənfi məqamları qeyd etmişik. Geriyə qayıdarkən yol bizim üçün yaxşı keçmədi və yolda 18-20 saat vaxt itirdik. Hava limanlarında çox gözlədik. "Sabah" isə yəqin ki, çarter reysi ilə birbaşa gələcək. Lakin artıq o yorğunluğu geridə qoymuşuq, dincəlmişik və hazırıq. Sabah yalnız bəzi kiçik xatırlatmalar edib meydana çıxacaq və ilk qolu vurmağa çalışacağıq.

- İlk oyundan öncə çoxlu zədəli futbolçunuz var idi. Onlar arasında sabahkı matçda iştirak edənlər olacaq?

- Xeyr, Ben Vilson, Bred Yanq, Denni Devis, Adam Vilson, Rori Holden və Ceykob sabah oynamayacaqlar. Ümid edirik ki, növbəti mərhələyə qədər sağalarlar. Onlar bizim üçün çox vacib oyunçulardır. Səfər matçında ehtiyat oyunçular skamyamız çox gənc və təcrübəsiz idi. Demək olar ki, ümumilikdə 50-dən az oyun təcrübələri var idi. Evdə bəlkə də gənclərə şans vermək daha asan olar, amma səfərdə onları belə böyük təzyiq altına atmaq və səhv etmə ehtimallarını artırmaq ədalətli olmazdı.

- Avrokuboklarda evdə oynamaq sizin üçün hər zaman üstünlük olub. Son 7 Avropa oyununun yalnız 2-də uduzmusunuz. Rəqiblər üçün burada oynamaq niyə bu qədər çətindir?

- Düşünürəm ki, bu, həm bizim oyun üslubumuz, həm də meydança ilə bağlıdır. Etiraf edək ki, Avropada süni örtüklü meydançalar o qədər də çox deyil. Biz isə hər gün burada məşq edir və oynayırıq. Topun quru və ya yaş havada necə hərəkət etdiyini çox yaxşı bilirik. Futbolçularımız özlərini burada rahat hiss edirlər. Biz evdə doğrudan da təhlükəli rəqibik və bunu sabahkı matç üçün böyük müsbət hal kimi dəyərləndiririk.

- Bu statistika və meydan amili komandaya necə təsir edir?

- Evdə oynayırıq, 2 top fərqi ilə geridəyik və ilk qolu bizim vurmağımız mütləqdir. Bu qol 1-ci dəqiqədə də gələ bilər, 80-ci dəqiqədə də. Əgər 80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tamamilə yenidən başlayacaq. Əsas məqsədimiz də məhz budur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 İyul 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri