“Sabah” “Neftçi” oyununa doğru: “Hər şeyə hazır olmaq lazımdır”
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Sabah”ın qonağı olacaq. Komandalar arasındakı ilk oyunda “bayquşlar” qələbə qazanıb – 2:1.
“Neftçi”nin sabiq məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:
“Prinsipial və maraqlı oyun olacaq. İlk oyundan “Sabah”ın üstünlüyü var. Lakin kuboka proqnoz vermək çətindir. Düzdür, “Sabah”ın şansı daha yaxşıdır, evdə, azarkeşləri qarşısında oynayacaqlar. Buna baxmayaraq, klub, komanda və məşqçi fazasında hər iki kollektiv avrokuboklardan kənar qalmamaq üçün finala çıxmaq vacibdir. Oyun əlavə vaxtlara da gedə bilər. Hər şeyə hazır olmaq lazımdır”.
Mütəxəssis matçla bağlı proqnozunu bölüşdü:
“Matça proqnoz vermək çətindir. “Sabah”ın şansı daha real görünür. “Neftçi” üçün tale yüklü oyundur. Məncə, əsas vaxtı “ağ-qaralar” qazanacaq və matç uzatmalara gedəcək. Penaltilərə qalsa, artıq bu, lotoreyadır”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Aprel 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















