“Sabah” növbəti mərhələyə layiq olduğunu sübut etdi”
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Sabah” – “Orhus” oyunundan (4:0) sonra qonaq komandanın baş məşqçisi Yakub Poulsen jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:
– İkinci hissədə nə baş verdi?
– Böyük səhvlər etdik. Rəqibə topa sahib olmağa imkan verdik. “Sabah” kimi komandaya belə şans versən, səni cəzalandırar.
– İlk qolu necə şərh edərdiniz?
– Topa nəzarət etmək istəyirdik, amma üstünlük rəqibə keçdi, təzyiqi artırdılar. Müdafiədə səhvlərə yol verdik. Böyük hesablı məğlubiyyətə səbəb bunlar oldu.
– Avropa Liqasında rəqib “Benfika” olacaq. Şansları necə dəyərləndirirsiniz?
– Çətin püşk oldu. Qarşıda çempionat matçımız var. Bundan sonra “Benfika” haqqında fikirləşəcəyik.
– Bir hissədə 4 qol buraxacağınıza inanırdınız? Belə ssenari gözləyirdiniz?
– Əlbəttə, belə şey gözləmirdik. Səhvlərimizə görə bu cür uduzduq. “Sabah” pley-offa layiq idi. İki oyuna da baxsaq, yaxşı performans sərgilədilər. “Sabah” növbəti mərhələyə layiq olduğunu sübut etdi.
– “Sabah”ın heyətində hansı futbolçunu komandanızda görmək istərdiniz?
– “Sabah”ın keyfiyyətli futbolçuları var. Xüsusilə, hücumda effektivdirlər. İvan Lepinitsanı da fərqləndirərdim.
Şahin Cəfərov
Baxış sayı:136
Bu xəbər 11 Avqust 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















