Sabah onun üçün son ana qədər vuruşdu, amma...
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqası klublarının Həmza Çoudrinin transferi ilə bağlı danışıqların nəticəsi bəlli olub.
Fanat.Az xəbər verir ki, “Sabah” və “Qarabağ” İngiltərə Premyer Liqası təcrübəsinə malik yarımmüdafiəçinin transferindən vaz keçiblər.
Məlumata görə, Çoudrinin yüksək maaş tələbi və transfer üçün irəli sürdüyü maliyyə şərtləri əvvəlcə “Qarabağ”ın danışıqlardan çəkilməsinə səbəb olub. Ağdam təmsilçisi futbolçu ilə danışıqları dayandıraraq alternativ variantlar üzərində işləməyə başlayıb.
“Sabah” isə keçidi reallaşdırmaq üçün danışıqları sonadək davam etdirsə də, oyunçunun şəxsi tələbləri paytaxt klubunun büdcəsini də aşıb.
Beləliklə, Çoudrinin Azərbaycana transferi ilə bağlı hər iki klubun planı baş tutmayıb və hazırda onun ölkəmizə keçidi real görünmür.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 10 Avqust 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















