Icma.az
close
up
RU
Sabah Qarabağ ı devirə biləcəkmi? nəhəng finala 7 saat qaldı

Sabah Qarabağ ı devirə biləcəkmi? nəhəng finala 7 saat qaldı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün "futbol ili"nin sonuncu matçı keçiriləcək və bununla Azərbaycan miqyasında bütün turnirlər üzrə mövsüm başa çatmış olacaq. Söhbət həftələrdi maraqla gözlənilən ölkə kubokunun final matçından gedir.

Məlum olduğu kimi, həlledici oyunda "Qarabağ"la "Sabah" üz-üzə gələcək. Oyun "CBC Sport"un efirində canlı yayınlanacaq.
Ölkə kuboku, final
31 may
Qarabağ - Sabah

Cəzalı: yoxdu.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Fərid Hacıyev.
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.
Bu komandalar tarixdə ilk dəfə kubokun finalında qarşılaşacaq. Ona görə ki, "Sabah" buna qədər final mərhələsinə qədər irəliləyə bilməmişdi. "Qarabağ"ın kubokdakı təcrübəsindən isə xəbərdarsız. İndi Ağdam təmsilçisi gücü, motivasiyası və təcrübəsi sayəsində tarixində 9-cu dəfə yarışın qalibi olmaq, 7-ci dəfə "qızıl dubl" etmək niyyətindədi.
"Bayquşlar"ın durumu isə bir qədər fərqlidi. Vasili Berezutskinin komandası təkcə ilk dəfə kubokun qalibi olmaq uğrunda mübarizə aparmayacaq, həm də avrokuboklara vəsiqə qazanmağa çalışacaq. Büdcəsinə, geniş heyətinə, keyfiyyətli futbolçularına görə seçilən kollektiv premyer-liqada ciddi uğursuzluqla üzləşdiyindən mövsümü 5-ci pillədə bitirdiyinə görə yeganə çıxış yolu məhz final matçında qələbə qazanmaqdı. Təbii ki, bu, Masazır təmsilçisi üçün çox çətin sınaqdı. Elə "tələbələr"in baş məşqçisi də "köhlən atlar"ın favorit olduğunu bildirib. Ancaq illərin qəlibləşdirdiyi teoremi unutmaq olmaz: kubok matçlarının özünəməxsus ab-havası var, tərəflərin kimliyindən asılı olmayaraq, şanslar 50-nin 50-yə qiymətləndirilir. Yəni bu gün “Qarabağ”ın rəqibi artıq elitadan gedən “Səbail” də olsaydı, biz ağdamlıların mütləq üstünlüyündən danışa bilməzdik.
Elə komandaların fiziki durumuna əsasən də bu fikirlə razılaşmaq olar. Çünki həm "Qarabağ", həm də "Sabah" premyer-liqa matçlarında iddialı rəqiblərə qarşı sürətli oyun tərzindən qopmayıb və bunu nəticələrə də yansıda bilib. Düzü, qanunauyğunluq da bunu tələb edir. Axı hər iki komanda yetərincə baha, təcrübəli və fərdi baxımdan yüksək ustalıq səviyyəsinə malik oyunçulardan qurulub. Əslində şansların, demək olar ki, bərabər olduğuyla bağlı məqamı komandaların psixoloji durumuna da aid edə bilərik. Bəli, "Qarabağ" bu il premyer-liqada 12-ci, ardıcıl 4-cü çempionluğunu yaşadı. Özü də ən yaxın izləyicisi "Zirə"ni 15 xal qabaqlamaqla. Deməli, ağdamlılar üçün hansısa ruh düşkünlüyündən danışmaq, yumşaq dildə desək, savadsızlıq olar. Ancaq bu məsələni həm də "Sabah" üçün motivasiya mənbəyi kimi qiymətləndirə bilərik. Çünki rəqibin yetərincə ciddi uğurların müəllifi olduğunu dərk etmək məsuliyyətin birəbeş artması deməkdi. Həmçinin "bayquşlar" tarix yazmağa, boşa verilən mövsümü xilas etməyə və bunu "Qarabağ" kimi rəqibin öhdəsindən gəlməklə bacarmağa yaxındı.
Qısası, həm Qurban Qurbanovun, həm də Vasili Berezutskinin komandasının tutarlı motivasiya mənbələri var. Tərəflərin cəzalı futbolçusu yoxdusa, "Qarabağ"dan Aleksey İsayev, "Sabah"dan Seymur Məmmədov zədəlidi.
İndi isə dəfələrlə vurğuladığımız məqamı bir daha xatırlatmaq istəyirik. "Sabah" qalib gəlsə, tarixində ilk dəfə ölkəmizi Avropa Liqasında təmsil edəcək. Uduzsa, bu şans premyer-liqanın gümüş medalçısı "Zirə"yə qismət olacaq. Həmçinin belədə Konfrans Liqasının qapıları mövsümü 4-cü yerdə başa vuran "Turan Tovuz"un üzünə açılacaq. Məhz bu üzdən matç Tovuzda böyük maraqla izlənəcək. "Ultras Turan" azarkeş qrupunun rəhbəri Kamal Saqqayevin qəzetimizə verdiyi məlumat görə, "Qarabağ" qələbə qazansa, Tovuzda bayram-bayrama qarışacaq - konsert, atəşfəşanlıq, yürüş baş tutacaq. Hətta matç rayonda quraşdırılacaq böyük monitorda yayınlanacaq.
Beləliklə, qalan məsələlər meydanda həll olunacaq. Bəs tribunalarla bağlı vəziyyət nə yerdədi? Peşəkar Futbol Liqasının srağagün açıqladığı statistikaya əsasən, indiyə qədər oyun üçün satışa çıxarılan 7500 biletdən 5000-i satılıb.
Bundan başqa, qurum bilet satışının sürətlı davam etdiyini, çoxlu müraciəti nəzərə alaraq, elektron biletlərlə yanaşı, fiziki biletlərin də satışa çıxarıldığını bildirib.  Bu o deməkdi ki, "Mehdi Hüseynzadə"nin kassalarına yaxınlaşaraq biletləri ala bilərsiz. İstənilən halda, tribunalarda anşlaq yaşanacağı şübhə doğurmur.
Çox qəribə mənzərədi: meydana “Qarabağ”la “Sabah” çıxacaq, “Zirə” ilə “Turan Tovuz” da ağdamlıların qələbəsi üçün dua edəcək.
KƏNAN BAHADIR 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see317

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see255

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see218

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see210

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see206

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see195

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see194

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see176

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see172

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see171

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see164

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see163

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see156

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see152

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see151

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see150

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see149

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see149

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri