“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah”la matç öncəsi xanım azarkeşləri üçün maraqlı addım atıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi tribunadan komandaya dəstək olmaq istəyən qadınlar üçün stadiona girişi ödənişsiz edib.
Belə ki, xanım azarkeşlər heç bir bilet almadan qarşılaşmanı canlı izləyə biləcəklər.
“Sabah” isə rəqibinin bu jestinə rəsmi “Instagram” hesabı vasitəsilə maraqlı reaksiya verib.
Qeyd edək ki, hazırda “Sabah” 62 xalla Premyer Liqada liderliyini qoruyub saxlayır. “Qarabağ” isə rəqibindən 10 xal geri qalaraq 52 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Aprel 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















