Icma.az
close
up
RU
Sabah qaz olmayacaq

Sabah qaz olmayacaq

Sabah Bakı şəhərinin 3 rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Noyabrın 7-də saat 10:00-dan etibarən paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Nərimanov rayonunda təmir-quraşdırma işləri aparılacaq.

Təmir işləri görülən müddətdə Sulutəpə qəsəbəsinin Hərbi yol ərazisinin, Lökbatan qəsəbəsinin 28 May küçəsinin, Nərimanov rayonunun isə R.Muxtarov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

seeBaxış sayı:73
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri