“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 6 aprel, AZƏRTAC
Şərqlə Qərb arasında “enerji körpüsü” olan Türkiyə təkcə qazın Avropaya nəqli üçün vacib marşrut deyil, həm də tezliklə qitə ölkələrinə “yaşıl” elektrik enerjisinin axını üçün “dəhliz”dir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzetinin Bakıda yaşıl enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü görüşünün yekunlarına həsr olunmuş bazar günü məqaləsində deyilir.
Nəşr qeyd edir ki, enerji sektorundakı fəal səylər sayəsində Ankara özünü Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri kimi təsdiqləyib.
Qəzet yazır ki, mavi yanacağın tədarükü ilə Türkiyə Bolqarıstan vasitəsilə Avropa ölkələrinə “yaşıl” enerji ixracı layihəsinə qoşulub. “Sabah” qeyd edir ki, bu yaxınlarda Bakıda Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında müvafiq Anlaşma Memorandumu imzalanıb.
“Yaşıl enerji tədarükü haqqında saziş Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfədir. Saziş Türkiyəni əsas elektrik enerjisi ixracatçısına çevirir”, - deyə nəşr yazır.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















