SABAH qruplarının məşğulluq göstəriciləri ölkə üzrə 86 faiz təşkil edir AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan üzrə SABAH qruplarının bakalavriat səviyyəsində məzunlarının məşğulluq üzrə göstəriciləri SABAH-dan kənar məzunların bakalavr göstəricilərindən 10-12 faiz yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli SABAH tələbə-məzun forumu və karyera sərgisində deyib. O bildirib ki, 2013-2023-cü illər ərzində 7327 nəfər SABAH tələbəsinin təhsil məlumatları əsasında məşğulluq mənzərəsini göstərmək üçün sorğu aparılıb və 6617 nəfər SABAH qrupu məzun məlumatları əsasında data analitika həyata keçirilib: “Sorğunun cavablarına əsasən, SABAH qruplarının məşğulluq göstəriciləri ölkə üzrə 86 faiz təşkil edir. Məşğul şəxslərdən 70 faizi hazırda işləyir, digərləri isə təhsil aldığı üçün işləmir. Bu ilin oktyabr ayının statistikasına görə, 3408 məzunun “Əmək və məşğulluq” altsistemində müqavilə məlumatları, 384 nəfərin isə VÖEN məlumatları var”.
Elnur Səfərli qeyd edib ki, bir SABAH məzununun əməkhaqqı ortalaması 1250 manatdan çoxdur: “Aşağı əməkhaqqı alan şəxslər isə 0.5 ştat ilə çalışanlardır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















