Icma.az
close
up
RU
Sabah Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Sabah Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Buxarest, 17 may, AZƏRTAC

Mayın 18-də, Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunda ölkəyə rəhbərlik edəcək şəxs məlum olacaq. Birinci turda ən çox səs toplamış iki namizəd – sağçı “Rumınların Birləşməsi Alyansı”nın (AUR) lideri Corce Simion və Buxarestin hazırki meri, müstəqil namizəd Nikuşor Dan seçicilərin son qərarını gözləyirlər.

Birinci turda Corce Simion 40,96 faiz səs toplayaraq ilk pillədə qərarlaşıb. Onu 20,99 faiz səslə Nikuşor Dan izləyib. Lakin seçkinin taleyi ikinci turda digər namizədlərin tərəfdarlarının hansı mövqedən çıxış etməsindən asılı olacaq.

“AtlasIntel” təşkilatının mayın 16-da açıqladığı son rəy sorğusuna əsasən, Nikuşor Dan hazırda 48,7 faizlə cüzi üstünlük əldə edib. Corce Simionun göstəricisi isə 47,8 faizdir. Bu rəqəmlər seçkinin son dərəcə gərgin keçəcəyini göstərir.

Müşahidəçilər bildirirlər ki, seçkilərin nəticələri Rumıniyanın həm daxili, həm də xarici siyasətində mühüm dəyişikliklərə səbəb ola bilər. Corce Simionun milliyyətçi və Aİ-yə qarşı tənqidi mövqeyi Avropa İttifaqı ilə münasibətləri çətinləşdirə bilər. Digər tərəfdən, texnokrat və islahatçı mövqedən çıxış edən Nikuşor Dan Rumıniyanın Aİ və NATO ilə inteqrasiyasını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Corce Simion seçilsə, Rumıniya tarixində ən gənc prezident olacaq. O, həmçinin Ukraynaya hərbi yardımın əleyhdarı kimi çıxış edir və yerli istehsalın gücləndirilməsi, işçi miqrasiyasının qarşısının alınması kimi vədlər verir. Nikuşor Dan isə “bölməyən, birləşdirən prezident” olacağına söz verir və Baş nazir postuna İlie Bolojanu təklif edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri