Icma.az
close
up
RU
SABAH tələbəməzun forumu və karyera sərgisinin açılış mərasimi olub

SABAH tələbəməzun forumu və karyera sərgisinin açılış mərasimi olub

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi baş tutub.

APA xəbər verir ki, forumun təşkilində məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır. İki gün davam edəcək forumun ilk günündə "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi", “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-sənaye əməkdaşlığı” mövzularında panel sessiyaları təşkil ediləcək.
Forumun birinci günündə elm və təhsil nazirinin müavini İdris İsayev, moderator Nicat Məmmədli, Milli Observatoriyanın direktoru Elnur Səfərli, İRİA-nın Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin müdiri Elman Kərimli, EATDA direktoru Ülkər Səttarova, Milli Məclisin deputatı Şahin Seyidzadə və digər şəxslər iştirak ediblər.

Forumda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev deyib ki, 10 illik (2013-2023) dövr üzrə 7327 SABAH tələbəsinin təhsil məlumatları əsasında məşğulluq mənzərəsini göstərmək üçün sorğu aparılıb və 6617 SABAH qrupu məzun məlumatları əsasında data analitika həyata keçirilib:

"Keçirilən sorğu cavablarına əsasən SABAH qruplarının məşğulluq göstəriciləri ölkə üzrə 86% təşkil edir. Məşğul şəxslərdən 70%-i hazırda işləyir, digərləri isə təhsil aldığı üçün işləmir. Bu ilin oktyabr ayına olan məlumatlara əsasən 3408 məzunun “Əmək və məşğulluq” altsistemində müqavilə məlumatları, 384 nəfərin isə VÕEN məlumatları var”.

O əlavə edib ki, ümumi orta əməkhaqqı göstəricisinə gəldikdə isə bir SABAH məzununun əmək haqqı ortalama 1250 manatdan çoxdur. Ən yüksək əməkhaqqı 5 min manat, ən aşağı isə 135 manat təşkil edir. Aşağı əmək haqqı alan şəxslər isə 0.5 ştat ilə çalışanlardır.

Forumda çıxış edən UNEC rektoru Ədalət Muradov deyib ki, SABAH modeli universitet daxilində təhsilin diferensillaşdırılmasıdır. O bildirib ki, SABAH layihəsinin universitetlərdə olmasını uğurlu hesab edir: "Düşünürəm ki, bu ideyanın sahibləri qürurlana bilər ki, belə bir uğurlu ilkə imza atıblar. Bu model təhsil sistemini gücləndirir və SABAH növbəti 10 ilə daha da güclənəcək"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri