Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

VAŞİNQTONUN AVROPAYA QARŞI “RUS SİLAHI” Almaniyanın silahlanması nəyi dəyişə bilər?

VAŞİNQTONUN AVROPAYA QARŞI “RUS SİLAHI” Almaniyanın silahlanması nəyi dəyişə bilər?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın siyasi fəlsəfəsini anlmaq istəyən analitiklər belə hesab edirlər ki, onun təfəkkürü sırf biznesmen məfkurəsindən yoğrulub və bu şəxs hər şeydə bir razılaşma və sövdələşmə axtarır.

Bu yanaşmanın həqiqəti nə dərəcədə əks etdirdiyini söyləmək çətindir, amma onu deyə bilərik ki, ABŞ bir dövlət kimi öz strategiyasını təkcə prezidentlərin düşüncələri və xarakterləri üzərində qurmur. Elə bu səbəbdən də Donald Trampın özünü necə aparması və hansı siyasi kurs tutması ABŞ-nin irəliyə hesablanmış strategiyasının tərkib hissəsi kimi qəbul edilməlidir.

Trampın Rusiyaya qarşı yürütdüyü siyasət ABŞ-nin dərin maraqlarına zidd deyil. Tramp Rusiya ilə bağlı məsələdə öz sələfi Cozef Baydenin yürütdüyü siyasəti davam etdirir. Sadəcə, forma dəyişib, mahiyyət isə öz yerində qalır. Baydenin səkkiz ay Ukraynanı silahsız qoymasını, Rusiyanın qırmızı cizgilərinə toxunmağın qlobal təhlükələrə yol açacağını söyləməsini unutmayaq. İstər Baydenin və istərsə də Trampın siyasətinin alt qatlarında ABŞ-nin zahirdə görünməyən geostrateji maraqları yatır.

Ukraynada gedən müharibədə ABŞ-nin fundamental marağı Rusiya vasitəsilə Avropanı öz təsir sferasında saxlamaqdır. Bunu avropalılar da anlayırlar, lakin hələ ki, lazımi gücləri olmadığından ABŞ-yə qarşı “dikbaşlıq etmək” istəmirlər. Əgər Rusiya bu müharibədə məğlub olarsa, Vaşinqton belə bir vasitədən məhrum ola bilər. Ona görə də Tramp Rusiya ilə bağlı məsələdə dönüb-dolaşıb köhnə mövqeyinə qayıtdı və yenidən Ukraynaya təzyiq göstərməyə başladı.

Bir çox Qərb mətbuat orqanlarının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdə gərginlik yaşanıb. Bunun səbəbi kimi Trampın Zelenskidən bir sıra əraziləri güzəştə getməyi tələb etməsi göstərilir. Mənbələrdən biri qeyd edir ki, Tramp Zelenskiyə “Ukrayna Rusiya ilə razılığa gəlməsə, ölkəniz donacaq, ölkəniz məhv olacaq” deyib.

Görüşdən məmnun qalmayan Zelenski ABŞ Prezidentinin bundan sonra Putinə qarşı sərt tədbirlər görəcəyinə bəlkə də artıq inanmır. Amma o, vəziyyətdən çıxış yolu axtarmağa çalışır. Rusiya və Ukraynadan atəşkəs tələb edən Tramp deyir ki, onlar olduqları yerdə dayansınlar və hər ikisi də qalib gəldiyini elan etsin. Tramp jurnalistlər önündə Ukrayna Prezidentinə qarşı əvvəlkitək aqressiv davranmasa da, Ağ Evin əsl sərt reaksiyasını Prezidentin mətbuat katibi Karolin Levvit “Fox News” kanalında nümayiş etdirib. O, vurğulayıb ki, ABŞ Ukraynadakı müharibədən təngə gəlib, Prezident Trampın və Amerika xalqının səbri tükənir. Levitt əlavə olaraq deyib ki, hər iki tərəf “reallığı qəbul etməli və razılığa gəlməlidirlər”.

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsinin bitirilməsi üçün tərəflərdən biri ağır məğlubiyyətə uğramalı və yenilmiş tərəf ona təkilf olunan sülh müqaviləsi ilə razılaşmaq məcburiyyətində qalmalıdır. Tarixdən də yaxışı bəllidir ki, müharibədə məğlub olmayaın heç bir ölkə səbəbsiz yerə müharibəni dayandırmır.

Rusiya uzunmüddətli müharibə strategiyasını həyata keçirmək niyyətindədir. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir neçə ay öncə bildirmişdi ki, Şimal Müharibəsində Rusiya 21 il döyüşüb. Yəni, demək istəyir ki, ruslar Ukraynanı tam taqətdən salana kimi müharibə aparacaqlar. Rusiyanın əsgər itkiləri barədə çox yazılır və Qərbdəkilər rusların hələ çox itki verməyə hazır olduqlarını deyəsən anlamırlar. Sözügedən strategiya çərçivəsində Vladimir Putinin qarşısına qoyduğu minimum plan Ukraynanın yarısını zəbt etməkdir. Rusiya uzunmüddətli müharibə zamanı ABŞ və Avropaya qarşı kələkbazlıq etməyi də yaddan çıxarmayacaq və yeri gələndə sülhə hazır olduğunu bəyan edəcək. Məsələn, Putin eyham vurub ki, əgər Kiyev güzəştə gedərək Donetsk vilayətinə tam nəzarəti Rusiyaya verərsə, onda Zaporojye və Xerson vilayətlərinin işğal olunmamış hissələrindən imtina etməyə razılaşarlar. Bu, Putinin müharibəni dayandırmaq üçün irəli sürdüyü şərtdir. Zelenski isə cavabında deyib ki, biz Ukrayna ərazisi ilə alver etmirik. Ukrayna Rusiyanı öz ərazilərindən vurub çıxarmağı qarşısına prioritet məqsəd qoyub. Ukrayna müharibədə qələbə qazanma ssenarisi üzərində işləyir. Hətta Ukrayna da uzunmüddətli müharibəni istisna etmir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun sözlərinə görə, müharibə öz formasını dəyişsə də, dayanmayacaq, davam edəcək və bu səbədən də Ukrayna cəmiyyəti buna hazır olmalıdır. Ukrayna komandanlığı da Rusiyanın taktikasından istifadə etmək fikrindədir. Əgər Rusiyanın infrastrukturu önümüzdəki bir il ərzində indiki intensivliklə vurularsa, Rusiya iqtisadi cəhətdən böyük sarsıntılar yaşaya bilər.

Ukrayna Rusiyanın sənaye obyektlərini, hərbi zavodlarını, neft-qaz, nəqliyyat infrastrukturunu və limanlarını uzaqdan vurulan zərbələrlə ifilic etmək niyyətindədir. Ukrayna dronlarının zərbələrinin Rusiyanı məğlubiyyətə uğradacaq faktor olacağına şübhə edənlər çoxdur və belə hesab edilir ki, zəif zərbə gücünə malik uzaqmənzilli dronlar Rusiya infrastrukturunu yararsız hala gətirsə də, müharibənin müqəddəratını həll edəcək imkanlara malik deyil. Doğurdanmı, bu, qələbəyə aparan yol deyil? Sözsüz ki, təkcə dron zərbələri ilə müharibənin müqəddəratını həll etmək çətindir, ancaq əgər Ukrayna öz istehsalı olan raketləri də döyüş cərgəsinə qoşarsa, onda ciddi dönüş yarada bilər.

Hazırda Rusiyada kritik səviyyədə olmasa da benzin qıtlığı yaşanr və bu da qiymətlərə təsir etməyə başlayıb. Ölkədə keyfiyyətsiz benzin artır, çünki ya qiyməti qaldırmalıdırlar, ya da keyfiyyətə yox, kəmiyyətə fikir verməlidirlər. Keyfiyyətsiz benzin isə avtomobil mühərriklərini sıradan çıxarır. Bu proses hələ yenicə başlayıb və kütləvi xarakter ala bilər.

Rusiya və Ukraynanın nələri planlaşdırmalarına baxmayaraq, bu müharibə öz mahiyyəti etibarı ilə qlobal strateji mübarizənin tərkib hissəsinə daxildir və burada dünyanın güc mərkəzlərinin maraqları mütləq hesaba alınmalıdır. Rusiyanın uzunmüddətli müharibə strategiyası varsa, heç şübhəsiz ki, Avropanın, ABŞ-nin və Çinin də irəliyə hesablanmış planaları mövcuddur.

Avropanın ən böyük iqtisadi gücü olan Almaniyanın hərbləşməsi prosesi təzəcə başlayır. Bəzi analitiklərin fikrincə, Rusiya özü də bilmədən “yatmış divi” oyadır. Avropanın ABŞ qarşısında zəifliyinin əsas səbəbi bu qitədə lider ölkənin olmamasından qaynaqlanır. Bu rolu oynaya biləcək yeganə dövlət Almaniyadır. İki dünya müharibəsinin səbəbkarı kimi öz tarixinin yaratdığı psixoloji təzyiq Almaniyanı hərbləşmə məsələsində təmkinli və ehtiyatlı davranmağa vadar edir. Ancaq yaranmış mövcud vəziyyət həm də Almaniyanın hərəkətə keçməsini tələb edir. Bu baxımdan Almaniya kansleri Fridrix Merts mövcud tarixi çağırışı düzgün dəyərləndirməyin vaxtının yetişdiyini düşünür. O, deyib ki, Zelenskinin Vaşinqtondakı görüşü ağır keçib və Kiyev gözlədiyi nəticəni və gələcəklə bağlı təhlükəsizlik təminatını almayıb, deməli, Ukraynanın dəstəklənməsinin məsuliyyətinin böyük hissəsini Avropa öz üzərinə götürməlidir. Merts əlavə edib ki, əgər Ukrayna çökərsə, sonra növbə Avropaya çatacaq və bu səbəbdən də indi həmrəylik və qətiyyətli olmaq lazımdır.

Beləliklə, gələcək perspektivdə hərbləşmə istiqamətində güclənmə ehtimalı yükəsk olan Almaniya kimi oyunçunun peyda olması, nəinki Ukraynanın dəstklənməsində mühüm yer tutacaq, eyni zamanda qlobal miqyasda Avropanın tərəddüdlərinə və ürkəkliyinə də son qoyacaq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri