Sabah temperatur 12 dərəcəyədək düşəcək
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oktyabrın 3-də gözlənilən hava proqnozu açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir.
“Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda 2-5° isti, gündüz 5-8° isti olacaq”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək
08 Avqust 2025 12:39
Sabah temperatur aşağı düşəcək, yağış yağacaq
14 Aprel 2025 13:02
Sabah leysan yağacaq Temperatur kəskin düşəcək
17 Sentyabr 2025 12:59
Temperatur düşəcək XƏBƏRDARLIQ
03 Sentyabr 2025 16:11
Sabah güclü yağış yağacaq, dolu düşəcək Temperatur kəskin enir
13 Avqust 2025 13:39
Baxış sayı:68
Bu xəbər 02 Oktyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















