Icma.az
close
up
RU
“Sabah” üçün acı dərs…

“Sabah” üçün acı dərs…

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” mərhələ keçəndə baş məşqçi Dambrauskası öymüşdüksə, “Levski”yə hər iki oyunda məğlubiyyətə görə də hədəfdə o olmalıdır.

Hər şey “Petrokub”la Bakıdakı oyundan başlamışdı.

Səfərdə 2 cavabsız qolla məğlub edilən komandaya Bakıda 4 qol vurmaq cana xoş gəlir, ancaq oyuna baxanlar xatırlayar, “bayquşlar” resursdan qənaətlə istifadə barədə düşünmədən oynamışdı. Bu məqamda “Qarabağ” səfərdə “Şelburn”u böyük hesabla məğlub edəndən sonra doğma meydanda minimalhesablı qələbə ilə kifayətlənməsini nümunə kimi qeyd etmək olar. Zəngin avrokubok təcrübəsi öz sözünü deyir – “atlılar” həll edilmiş mərhələyə görə qənaət rejiminə keçmişdi. Ona görə də “Şkendiya” ilə qarşılaşmada fiziki güc sərfiyyatı üçün ehtiyat qüvvə kifayət qədər var idi.

“Sabah” isə emosional və təcrübəsiz davranışın badına getmiş, nəticədə Sofiyada son dəqiqələrədək fiziki-psixoloji təzyiqə tab gətirməmişdi. Moldova təmsilçisinə qarşı ehtiyat qüvvədən bədxərclik etmək növbəti qarşılaşmaya tam bərpa olunmağa mane oldu.

Sofiyada son dəqiqələrdə mənasız/vizyonsuz vaxtaparmalar… Nəticədə Bolqatıstan təmsilçisi “bayquşlar”ın çökdüyünü sezib əvəzetmələrlə sürətdə üstünlüyü ələ keçirmiş və matça əlavə olunan 8 dəqiqənin sonunda qolu vurmuşdular.

“12-ci oyunçu” amili və baş hakimin bəzən qərarlarında rəqibə simpatiyası amillərini də nəzərə alsaq, “Sabah”ın KL-in lll təsnifat mərhələsindən ələnməsi daha çox öz təqsirindən qaynaqlandı.

Azarkeşlə iş, anşlaq mövzularında kreativ ideyalarıyla diqqət çəkən təmsilçimiz “Levski” ilə cavab matçınadək keçən bir həftə ərzində sükunətdə qaldı. Sanki psixoloji cəhətdən məğlub olmuşdular…

Nə bir oyunçu, nə hansısa klub rəsmisi açıqlama/müsahibə verdi. Səfərə gələn rəqib düşərgə daha çox oyun haqda ajiotaj yaradırdı…

Daha bir məğlubiyyət səbəbi Dambrauskasın oyunöncəsi mətbuat konfransında oyun haqda taktiki planları aşkar deməsi idi. Heyət və taktika barədə bu qədər açıq danışan baş məşqçi çox nadir hallarda rast gəlinir…

“Sabah”a nə maddi imkan, nə təcrübə mane ola bilərdi – “Levski” keçiləsi rəqib idi. Sadəcə, psixoloji baxımdan inamsızlıq acı dərs verdi.

Çempionata fokuslanacaqlarını, lakin düzəlməli çox şeyin olduğunu deyən Dambrauskasa isə xatırlatma: “Sabah”ın düzəldilməli çox şeyini düzəltmək üçün kifayət qədər vaxtınız olub. Düzəltməyə məsul sizsiniz, bu giley-güzar kimədir?!

“Sabah” növbəti mövsüm “Qarabağ”la çempionluq mübarizəsinə girişə biləcək ən real namizəd hesab olunur.

Gileylənmək yox, bu gözləntini reallaşdırmaq gərəkdir. Daha legioner limiti də mane olmayacaq, buyurun, səhnə sizdə…

Kamil Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Avqust 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri