Icma.az
close
up
RU
Sabah üçün həlledici məqam

Sabah üçün həlledici məqam

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Çoxdandır ki, beləsi olmamışdı. "Sabah”la "Qarabağ”ın eyni turda xal itirməsini nəzərdə tuturam. Nəhayət ki, oldu. Düzdür, nə "Sabah”, nə də "Qarabağ” məğlubiyyətlə üzləşmədi. "Köhlən atlar” Şamaxı səfərindən qolsuz heç-heçə ilə qayıtmalı oldusa, "Sabah” öz meydanında "Zirə”ilə oyunda əzmkarlıq sayəsində 1 xal qazana bildi. Rəşad Sadıqovun çalışdırdığı komanda Masazırdakı qarşılaşmanın birinci hissəsini öndə başa vurub, fasiləyə qalib kimi yollanmağı bacarmışdı. Lakin qələbə hesabını qorumaq mümkün olmadı. "Sabah” "Zirə”ni ikinci dəfə məyus edib, aktivinə bir xal yazmağı bacardı.

"Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının böhranda olması fikrini yaxına buraxmır. Onunla mübahisə etməyə, "Sabah”ın tez-tez məğlub duruma düşməsini, oyunu çevirmək məcburiyyətində qalmasını fakt kimi ortaya qoymağa da dəyməz. Birincisi ona görə ki, heç kim öz ayranına turş demədiyi kimi, çalışdırıcılar da öz komandaları barədə tənqid eşitməyi xoşlamırlar. Bunu Qurban Qurbanovun timsalında da çox görmüşük. Təmkinini qoruyan baş məşqçilər belə hallarda tənqidləri öz üzərinə çəkir, futbolçularını qoruyur və eyni zamanda da vəziyyətin nəzarət altında olduğunu inadla bildirirlər. 

Elə Dambrauskas da belə edir. Onu qınamıram da. Amma dəfələrlə söylədiyimiz bir həqiqət var. O da ondan ibarətdir ki, futbolçular robot deyil. Onlardan daim eyni səviyyədə oynamağı, ardıcıl qələbələr qazanmağı tələb edə bilmərik. Hətta "Barselona”nın, yaxud da "Real”ın "ulduzları” "qara zolağa” düşür, büdrəyilər. Burda həm motivasiya rol oynayır, həm də fiziki baxımdan yorğunluq. Hazırda FİFA və UEFA müxtəlif turnirlər keçirməklə futbolçuları həddindən artıq "yükləyiblər”. Xüsusən də milli üzvü olanları. "Sabah”ın heyətində belələri elə də çox deyil. Lakin "Sabah” da Azərbaycan çempionatında birnəfəsə irəliləməyə, hər iki kuboku qazanmaqla "qızıl dubl” etməyə çalışır. Bunu hiss etmək çətin deyil ki, klubun rəhbərliyi də bu arzuyla alışıb-yanır. Onlar "Qarabağ”ın Azərbaycan futbolundakı hegemonluğuna son qoymaq üçün bütün resurslarını işə salıblar.

Bəli, "Sabah” arzusunu gerçəkləşdirməyə çox yaxındır. Amma bir məsələ də var ki, mövsüm sona yaxınlaşdıqca "Sabah”ın da barıtı yavaş-yavaş tükənir. Son üç oyundakı ləngərləmə də bunun göstəricisidir. Kubokun yarımfinalındakı ilk görüşdə "Sabah”ı məğlubiyyətdən penalti xilas edib. Elə "Araz Naxçıvan”la oyunda da bu "joker” işə yaradı. Əks halda məğlubiyyət çox yaxın idi. Verilən penaltilərin haqlı, yaxud haqsız olması barədə mübahisə  açmayacam. Çünki söhbətin mövzusu başqadır. "Zirə” ilə oyunda isə bu mövsüm ilk dəfə "Sabah”ın qapısına penalti təyin olundu. Bu münasibətlə gənc FİFA referisi Tural Qurbanov başda olmaqla hakimlərimizi də təbrik edə bilərik.

"Sabah”ı qarşıda "Qarabağ”la iki həlledici qarşılaşma gözləyir. Birində kubokun finalına kimin yüksələcəyi müəyyənləşəcək, digərində isə "Sabah” qələbə qazanmaqla rahat nəfəs alıb, çempionluq təbriklərini qəbul etməyə başlaya bilər. Bu iki qarşılaşma "Sabah”ın uğurlarının nə qədər ciddi olduğunu, komandanın "Qarabağ”dan həqiqətən də güclü olub-olmadığını göstərəcək. "Köhlən atlar”ın yorulduğu isə heç kimə sirr deyil. Onlar artıq təkcə "Sabah”la oyunlarda yox, digərləriylə qarşılaşanda da çətinlik çəkirlər. Çempionlar Liqasındakı uğurlu çıxış həm fiziki, həm də mənəvi baxımdan Qurban Qurbanovun komandasının əleyhinə işlədi.

Qarşıda bizi xeyli maraqlı günlər gözləyir. Həm "Sabah” öz gücünü göstərməli, həm də "Qarabağ” əvvəlki əzəmətini qaytarmaq üçün köklü islahatlara başlamalıdır. Azərbaycan futboluna xeyirli olsun!

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Aprel 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri