Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski sabah mühüm danışıqlar keçirəcəyini və Ukraynanın qarşıya qoyduğu məqsədlərə mütləq nail olacağını bildirib.
Bizim.Media xəbər verir ki, Prezident xatırladıb ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatı, Baş Qərargah rəisinin müavini Volodimir Qorbatyuk və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol ilə görüşlər keçirib.
Zelenskinin sözlərinə görə, görüşlərdə Ukraynanın gələcək strategiyası, ölkənin aktiv hərbi fəaliyyətinin davam etdirilməsi, eləcə də Rusiyanı Ukrayna üçün ləyaqətli sülh və etibarlı təhlükəsizlik zəmanətləri ilə müharibəni başa çatdırmağa məcbur etməyin yolları müzakirə olunub.
O qeyd edib ki, bu məsələlər üzrə Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandirlərinin mövqeyini eşitmək onun üçün mühüm əhəmiyyət daşıyır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 19 İyul 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















