Sabah və Qəbələ də çıxış etmiş futbolçudan gözlənilməz qərar 29 yaşında karyerasını bitirdi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Sabah" və "Qəbələ"nin sabiq futbolçusu Zurab Oçiqava gözlənilməz qərar verib.
Oxu.Az xəbər verir ki, o, 29 yaşında karyerasını bitirib. Gürcü əsilli ukraynalı futbolçu məşqçiliyə başlayacağını bildirib. Oçiqava müsahibəsində karyerasının ən uğurlu dönəmini "Sabah"da keçirdiyini də deyib:
"Başa düşürəm ki, yəgin bu, erkən sondur. Həm də məşqçilik yolu üçün erkən başlanğıcdır. Amma gəlin görək hadisələr necə inkişaf edir və hara aparır. Təbii ki, meydanın özündə oyundan həzz almağı sevirəm, amma bəzən çətin qərarlar qəbul etməli olursan.
"Sabah"dakı dövr, şübhəsiz ki, legioner həyatımda ən yaxşı dövr idi. Bu klub mənə çox şey verdi, buna görə çox minnətdaram. Bakı təcrübəsi mənə Vladislav Kulaç və Anatoli Nuriyevlə yaxşı münasibət bəxş etdi".
Qeyd edək ki, Zurab 2021-ci ilin əvvəlindən 2023-cü ilin yayınadək "Sabah"da, 2023-24 mövsümündə isə "Qəbələ"də oynayıb. O, zədə səbəbindən uzun müddət meydanlardan kənarda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















