Icma.az
close
up
RU
“Sabah”a böyük ümidlərlə

“Sabah”a böyük ümidlərlə

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Dünya çempionatı futbol azarkeşlərinin başını əməlli-başlı qatıb. Fikrimiz-zikrimiz uzaq Amerikadadı, hər axşam bir-birindən maraqlı və gərgin qarşılaşmaları izləyirik, günümüzü də bu oyunlarının təəssüratı, müzakirəsi ilə keçirir. Buna görə də vaxtın necə gəlib keçməsindən də xəbərimiz olmayıb. Bir də gözümüzü açıb görürük ki, yeni avrokubok mövsümü başlayır və təmsilçilərimiz də meydana çıxmağa hazırlaşır.

Dünya çempionatının təəssüratından ayrılmaq çox da asan olmasa da, buna məcburuq. Artıq özümüzkülərin oynadığı oyuna baxıb, onların futbolundan danışmalıyıq. Həm də bir həqiqət də var. Ataların məşhur deyimini bir qədər fərqli formaya çevirib, qulağımıza sırğa etməliyik. Bu deyim də ondan ibarətdi ki, dünya çempionatı gəldi-gedərdi, bizə qalan öz futbolumuz olacaq.
Elə bu deyimi rəhbər tutub, diqqəti Azərbaycan klublarının avrokuboklardakı oyunlarına yönəltməliyik. Şəxsən mən bu axşam Argentina millisinin Misirlə qarşılaşmasına baxmayacam. Yox, Messinin futbolundan doymamışam. Yaxşı başa düşürəm ki, futbol dünyası onunla və portuqaliyalı Ronaldo ilə yavaş-yavaş sağollaşmaq üzrədi. Bu gün belə ulduz futbolçuları meydanda topun arxasınca qaçan gördüyümüz üçün şanslıyıq. Amma neynəmək olar?! Argentina ilə Misir meydana çıxan saatda Azərbaycan çempionu “Sabah” Masazırda Uelsdən bizə qonaq gələn “Nyu Seynts”i qəbul edəcək. Əlbəttə, təkcə dünya çempionatının cazibəsi yox, “Qarabağ”ın bizə izlətdirdiyi oyunların afişası bu qarşılaşmanı bizim üçün sıradan bir oyuna çevirir. Fikirləşirik ki, Masazırdakı görüş o qədər də əhəmiyyətli deyil və orda meydana çıxacaq futbolçular bizim dəstəyimiz olmadan da rəqibin işini bitirəcəklər. Lakin bu cür yanaşma bizi aldada da bilər.
“Sabah”ın çox hörmətli baş məşqçisi Valdas Dambrauskas bizdən inciməsin. İstəsək də, istəməsək də, vəziyyət belədi ki, azərbaycanlı futbol azarkeşləri “Sabah”ı “Qarabağ”la hələ uzun müddət müqayisə edəcəklər. Bundan qaçmaq yaxın zamanlarda mümkün görünmür. Qurban Qurbanov və onun komandası azərbaycanlı futbol azarkeşlərinin avrokuboklardan gözləntilərini, bizim klublarla bağlı tələblərini artırıb. “Sabah” Azərbaycan çempionu olmaqla çiyinlərinə böyük məsuliyyət götürüb. Bu məsuliyyəti qürurla daşımaq və avrokuboklarda Liqa mərhələsinə qədər uzun bir yol qət etmək lazımdı. Bu yolun əsas dayanacağı Çempionlar Liqasının əsas mərhələsi olsa, nə xoş bizə. Bununla “Sabah” ölkə futbolunun tarixində yeni bir səhifə açar, “Qarabağ”dan heç nə ilə geri qalmadığını isbatlamış olar.
Yaxşı başa düşürəm ki, Çempionlar Liqasının debütantından birdən-birə belə uğur gözləmək çətindi. Ona görə də gözləntilərimizi bir qədər aşağı edib, ən yaxşı halda Avropa Liqasının liqa mərhələsi ilə, ən pis halda isə Konfrans Liqasının əsas mərhələsi ilə məhdudlaşdırırıq.
Bu axşam Masazıra yollanarkən həmin o nikbin ümidləri də özümüzlə birlikdə aparacağıq. Bəli, avrokuboklara hamı iddialı başlayır, hər kəs uğur qazanmaq istəyir. Bunu bacarıb-bacarmamaq, buna layiq olub-olmamaq isə mübarizənin gedişində görünür. Bizim Azərbaycan çempionu “Sabah”a ümidlərimiz böyükdü. Komandanın uğur qazanmaq, bizi sevindirmək üçün böyük potensialı var.
Qısa müddətdə “Sabah”la birlikdə böyük yol keçən və komandaya çempionluq qazandıran baş məşqçi Valdas Dambrauskas öz postundadı. Şübhə etmirəm ki, klub rəhbərliyinin ona olan inamı və dəstəyi indi daha da yüksək səviyyədədi. Litvali baş məşqçi sərəncamındakı əsas oyunçuları da saxlaya bilib. “Çərçivə”də inamlı görünən Stas Pokatilov da yerindədi, özünü “bakılı balası” adlandırıb, azarkeşlərə sevdirə bilən Coy-Lens Mikels də. Bu iki futbolçudan başqa Puxaç, Simiç, Mbina kimi aparıcı legionerlərlə yeni müqavilələr imzalanıb. Aron Maluda “Sabah”ın tamhüquqlu üzvüdü və ötən mövsüm premyer-liqada nümayiş etdirdiyi oyunu indi daha yaxşı formada avrokuboklarda göstərməli, komandanın uğurlarında böyük pay sahibi olmalıdı.
Bir sözlə, bu axşam “Sabah”a inanmaq üçün yetərincə əsasımız var. Çempionluğu qazanan, Azərbaycanda özünə rəqib tanımayan futbolçular elə bu axşam gücünü Uels çempionu “Nyu Seynts”ə göstərməlidi. Uğurlu başlanğıcdan sonra davamını gətirmək çətin olmayacaq. Uğur olsun, “Sabah”!
AMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri