Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

“Sabah”a “Mançester Yunayted”lə oyunda tanış və uğurlu hakim qismət oldu İN İCMALI

“Sabah”a “Mançester Yunayted”lə oyunda tanış və uğurlu hakim qismət oldu İN İCMALI

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransalı FIFA referisi Villi Delajo UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək “Mançester Yunayted” - “Sabah” matçına təyinat alıb.

Fransalı hakim Azərbaycan futboluna yaxşı tanışdır. Üstəlik, o, heç də uzaq olmayan tarixdə Bakı klubunun Avropa arenasındakı ən parlaq qələbələrindən birinə şahidlik edib.

İdman.Biz xəbər verir ki, Delajo bu il avqustun 11-də Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Sabah” - “Orhus” qarşılaşmasını idarə edib. Bakı təmsilçisi həmin görüşdə Danimarka klubunu 4:0 hesabı ilə məğlub edib.

İlk oyunda 1:2 hesabı ilə uduzan “Sabah” iki matçın nəticəsinə görə 5:2 hesabı ilə qalib gələrək turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirib. Həmin qarşılaşmada Delajoya hazırkı köməkçiləri Ervan Fincan və Valentin Evrar da yardım ediblər.

Lakin fransalı referinin Azərbaycan klubları ilə tanışlığı daha əvvəl başlayıb.

Delajo 19 avqust 2021-ci ildə UEFA Konfrans Liqasının pley-off mərhələsində “Neftçi”nin İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı ev oyununu idarə edib. Bakıdakı görüş 3:3 hesablı məhsuldar heç-heçə ilə başa çatıb.

Fransalı hakim iki dəfə “Qarabağ”ın oyununda da ədaləti qoruyub. 17 avqust 2023-cü ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Ağdam təmsilçisinin Finlandiyada HİK-ə qarşı səfər matçını idarə edib. “Qarabağ” həmin görüşdə 2:1 hesabı ilə qalib gəlib.

26 sentyabr 2024-cü ildə isə Delajo Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın Londonda “Tottenhem”ə qarşı keçirdiyi oyunun baş hakimi olub. İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Delajo qarşılaşmanın artıq 8-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Radu Draquşini Juninyoya qarşı kobud oyuna görə meydandan qovub.

Beləliklə, Delajo qarşıdakı “Mançester Yunayted” - “Sabah” matçına qədər Azərbaycan klublarının iştirakı ilə 4 oyunda hakimlik edib. Bu görüşlərdə komandalarımız 2 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.

Xüsusilə “Sabah” üçün fransalı hakimin təyinatı xoş xatirələrlə bağlıdır. Bununla belə, əvvəlki nəticələrin yeni qarşılaşmanın taleyinə heç bir təsiri yoxdur.

Hakimlər briqadasının digər üzvləri də müxtəlif vaxtlarda Azərbaycan futbolu ilə qarşılaşıblar.

Ervan Fincan “Neftçi” və “Qarabağ”ın oyunlarında hakim kimi fəaliyyət göstərib. Valentin Evrar isə onunla birlikdə bu yaxınlarda “Sabah”ın “Orhus” üzərində qələbəsini idarə edib.

Jerom Brizar 2025-ci ilin avqustunda “Qarabağ” - “Ferentsvaroş” qarşılaşmasında VAR hakimi olub. Serbiyalı Momçilo Markoviç isə 2024-cü ilin noyabrında Ağdam klubunun “Lion”a qarşı oyununda VAR funksiyasını yerinə yetirib.

Bundan başqa, Markoviç 2025-ci ilin noyabrında Azərbaycan millisinin İslandiyaya qarşı keçirdiyi qarşılaşmada da VAR hakimi kimi çalışıb.

Qeyd edək ki, “Mançester Yunayted” - “Sabah” matçı sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri