“Sabah”da ayrılıq siqnalı: Klub hücumçu ilə vidalaşır
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mövsümün sonunda "Sabah" klubundan ayrılacağı gözlənilən legioner futbolçulardan biri müəyyənləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi nigeriyalı hücumçu Cesse Sekidika ilə vidalaşmağa yaxındır.
Bildirilib ki, baş məşqçi Valdas Dambrauskas bu mövqeyə daha keyfiyyətli futbolçunun transferini istəyir və bu səbəbdən Sekidikanın komandada qalma ehtimalı çox azdır.
Bununla belə, afrikalı oyunçunun "Sabah"da qalmaq şansı tam itirilməyib. Belə ki, o, maaşının azaldılmasına razılıq verərsə, növbəti mövsümdə də komandada oynaya bilər.
Qeyd edək ki, Cesse Sekidika cari mövsüm Misli Premyer Liqasında 14 matçda 1 qol vurub. O, Azərbaycan Kubokunda isə 2 oyunda iştirak etsə də, fərqlənə bilməyib.
Baxış sayı:150
Bu xəbər 25 Mart 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















