“Sabah”dan ayrılan Anatoli Nuriyev “Zirə” ilə anlaşıb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Sabah” yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.
İdman.Biz kluba istinadən bildirir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Oyunçu paytaxtın digər klubu “Zirə” ilə anlaşıb. O, yeni komandası ilə cari mövsümün sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Nuriyev 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.
Milli komandamızın da üzvü olan Nuriyev daha əvvəl Ukraynanın “Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, ölkəmizdə isə “Sumqayıt” və “Sabah” klublarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 Fevral 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















