Sabahdan “Bakmil”də qatarların hərəkət cədvəli dəyişəcək
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
“Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə də dəyişikliklər ediləcək. İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.
Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.
Baxış sayı:119
Bu xəbər 29 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















