“Sabah”ın legioneri Polşa millisinə ÇAĞIRILACAQ
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Sabah”ın futbolçusu Timoteuş Puxaç yenidən Polşa millisinə çağırıla bilər.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, sol cinah müdafiəçisinin Azərbaycan klubundakı parlaq çıxışı millinin məşqçilər korpusunun marağına səbəb olub.
Mövsümün əvvəlində Polşanın “Katovitse” klubunun təklifini rədd edərək, Almaniya təmsilçisi “Holşteyn Kil”dən “Sabah”a keçməyi üstün tutan 27 yaşlı Puxaç ən yaxşı dönəmlərindən birini keçirir.
Cari mövsüm 9 məhsuldar ötürmə ilə çempionatın ən çox assist edən oyunçusu olan Puxaçın martdakı təlim-məşq toplanışı üçün Polşa yığmasına çağırılması gözlənilir. O, millidə sonuncu dəfə 2024-cü ilin noyabrında çıxış edib.
Puxaç “Sabah”da icarə əsasında çıxış edir və yayda icarə müddəti başa çatacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Mart 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















