“Sabah”ın müsbət nəticə qazanmaq şansları var”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah” bu gün UEFA Çempionlar Liqasının III turunda “Borussiya” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.
Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadə matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Qarşılaşmadan gözləntiləriniz nədir?
– “Borussiya” çox çətin rəqiblərdən biridir. Düşünürəm ki, ağır oyunlardan olacaq. Alman futboluna qarşı mübarizə aparmaq mürəkkəb işdir.
– Rəqib son matçlarda xal itkiləri yaşayır. Bu, “Sabah” üçün bir şans ola bilər?
– Çempionlar Liqasında almanların işləri yaxşı getmir. Məncə, “Sabah”ın müsbət nəticə qazanmaq şansları var. Öz ənənəvi oyunlarına sadiq qalacaqlar.
– Sizcə, “Borussiya”dan xal almağın yolları nələrdir?
– Qol şanslarından maksimum yararlanmaq lazımdır. Çünki “Borussiya”nın epizodları yəqin ki, daha çox olacaq. Lakin “Sabah” fərqlənsə, rəqibi stressə sala bilər. Bu halda nəyəsə nail olmaq mümkündür. “Sabah” hazırlıqlı komandadır və oyun sistemi formalaşıb. İnanıram ki, yaxşı nəticə əldə edə biləcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















