“Sabah”ın prezidenti: Əliyar Ağayev meydandadır və epizodu görməyə bilər, bəs VAR niyə görmür? VİDEO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Əliyar Ağayevə böyük hörmətim var. Mən 7 ildir futboldayam, indiyədək onunla söhbətim, dialoqum olmayıb”.
İdman.biz xəbər verir ki, bunu “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib.
AFFA-nın Hesabat Konfransına qatılan klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb. O, “Sabah”ın hakimlərə təzyiq etməsi barədə xəbərlərə münasibət bildirib: “Neftçi” ilə görüşdən sonra da aşağı texniki zonaya düşməmişəm, heç kimi görməmişəm. Onun sonrakı iki turda təyinat almamasını mətbuatdan oxumuşam. Ağayev meydandadır və epizodu görməyə bilər. Başa düşmürəm ki, adi tamaşaçı televiziyadan görürsə, hər cür avadanlığı olan VAR niyə görmür. Artıq matç bitib. Bununla bağlı AFFA-ya müraciətimizi etmişik”.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” - “Sabah” görüşünün baş hakimi Əliyar Ağayev qonaqların lehinə penalti verməyib. Hətta Hakimlər Komitəsinin rəhbəri Frank de Bleker də bu qərarın səhv olduğunu etiraf edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 11 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















