“Sabah”ın tarixi matçı ona tapşırıldı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında keçiriləcək cavab görüşünün hakim təyinatları açıqlanıb.
Modern.az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mihay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirəcək.
VAR hakimi almaniyalı Bastian Dankert, köməkçisi isə rumıniyalı Ketelin Popa olacaq.
Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Avqust 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















