Icma.az
close
up
RU
Sabahın ulduzların nın bəhrəsini mütləq görəcəyik Cahangir Fərəcullayev

Sabahın ulduzların nın bəhrəsini mütləq görəcəyik Cahangir Fərəcullayev

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabahın ulduzların"nın bəhrəsini mütləq görəcəyik" - Cahangir Fərəcullayev 

"Uşaq futbolçu AFFA-nın ən önəmli, ən vacib sahəsidir. Bizim gələcəyimiz uşaq futboludur, sabahın futboludur. Atılan addımların ən vacibi də məhz budur".

QOL.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Sabahın ulduzları” layihəsi  çərçivəsində tədbirdəki çıxışında bildirib.

O, bu istiqamətdə həyata keçirdikləri üç böyük məqamı qeyd edib: "Məktəbli kuboku". Bu, 30 minə yaxın şagirdin - 2 kateqoriya - həm oğlanların, həm də qızların iştirak etdiyi nəhəng bir yarış idi.

Bu böyük yarışın əhəmiyyəti isə odur ki, turnirin finalına şəhər mərkəzlərinin komandaları deyil, bütün Azərbaycanı əhatə edən böyük seçimlərdən keçən Zaqatalanın kənd komandası vəsiqə qazanmışdı. İkinci böyük layihəmiz yenilikçi "İ-Ball" çempionatıdır. Bu çempionat çərçivəsində uşaqların meydançada etdikləri futbol hərəkətləri, fəndlər yaxından izlənilir və trend səviyyəsinə qaldırılır".

Baş katib deyib ki, bu sistem 14 yaşlı uşaqlar üçün xüsusi profillər yaradır: "15 yaşından etibarən isə onlara öz vizual və texniki bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün əla şərait yaradılır. Bu platforma uşaqlarımızın Avropaya çıxması üçün güclü bir zəmin yaradır.

Nəhayət, üçüncü - "Sabahın ulduzları" turniri. U-14, U-15 yaş qrupları üzrə 24 komandanın mübarizə aparacağı bu yarışdakı uşaqlar bizim futbolun gələcəyidir. "Sabahın ulduzları" turnirinin ümumi potensialı olduqca geniş və böyükdür. Əsas planımız odur ki, bir neçə il ərzində bu turniri daha yüksək səviyyəyə çatdıraq və beynəlxalq statuslu bir yarışa çevirək. Bu yolda bizə dəstək olan "Apex" şirkətinə böyük minnətdarlığımızı bildiririk. Biz dərk edirik ki, bu, uzunmüddətli və olduqca iri miqyaslı bir layihədir. Hər bir addımımızı bu günün deyil, gələcək uğuru üçün atırıq".

C.Fərəcullayev "Sabahın ulduzları" yarışının gələcəyinə də toxunub: "Sabahın ulduzları" deyərkən biz sırf bu günü nəzərdə tutmuruq. Əsas məqsədimiz odur ki, bu uşaqlar 4-5 ildən sonra artıq beynəlxalq arenalarda oynasınlar. Atılan bu addımların bəhrəsini növbəti illərdə mütləq görəcəyik. Hazırda komandamızda zəngin karyeraya malik texniki direktor Edmond Klaus var. Onun təcrübəsi və ideyaları bizim üçün çox əhəmiyyətlidir. İnanırıq ki, bu sistemli addımlar bizə çox yaxşı nəticələr verəcək".

Aysu Orucova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri