“Sabah”ın üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar
Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.
“Sabah” FK-nın futbolçuları Pavol Şafranko, Boyan Letiç, Rəhman Daşdəmirov və Xəyal Əliyev DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində qonaq olublar.
İdmanxeber.az-ın məlumatına görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Elbrus Allahverdiyev qonaqlara Mərkəzin xidmət istiqamətləri haqqında məlumat verib.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir. Hazırda həssas əhali qruplarından olan 166 nəfər xidmətə cəlb olunub. Cənubi Qafqazda bu tipli ilk ən böyük müəssisə olan Mərkəzdə 14 fəaliyyət istiqaməti üzrə təlimlər keçirilir.
Komandanın üzvləri təlim studiyalarındakı iş prosesi izləyiblər. Görüş çərçivəsində təşkil edilən müxtəlif futbol oyunları benefisiarların marağına səbəb olub.
Sonda “Sabah” FK tərəfindən benefisiarlara müxtəlif hədiyyələr təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 07 Fevral 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















