Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sabahınız xeyir, cənab Kurbe ​​​​​​​ Bir rəsmin dedikləri

Sabahınız xeyir, cənab Kurbe ​​​​​​​ Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin müəllimi, sənətşünas Nurtəkin Hüseynovadır. Müsahibimizlə məşhur fransız rəssamı Qustav Kurbenin "Sabahınız xeyir, cənab Kurbe" əsərindən danışmışıq.

XIX əsrin 30-40-cı illərində Fransa incəsənətində realizm cərəyanı inkişaf edir və artıq təsviri sənətdə, ədəbiyyatda sosial tənqid aparıcı rol oynamağa başlayır. Dövrün tənqidi realizminin inkişafında, sosial mövzulara toxunan, təbiət və dəniz mənzərələri, eləcə də məcazi kompozisiyalarla maraqlanan realizm cərəyanının yaradıcısı Qustav Kurbenin adı xüsusilə vurğulanmalıdır.

Qustav Kurbe 1819-cu il 10 iyunda Fransanın Orn departamentinin Do vilayətində kəndli ailəsində dünyaya gəlib. Kurbe hələ erkən yaşlarından sənətə maraq göstərib, lakin atasının istəyi ilə hüquq təhsili almaq ücün Bezanson Kral Kollecinə göndərilib. Rəssamlığa olan marağı iki il sonra onun yolunu Parisə məhşur Luvr muzeyinə salır və burada o, muzeydəki dahilərin əsərlərinin sürətini çəkərək özünü təkmilləşdirir. Bura gələndə gənc Kurbe çox iddialı, cəsur, diqqətçəkən və qorxmaz idi və əlbəttə, bu cür fərqlilik tənqidçilərin diqqətindən yayına bilməzdi. Onu "kəndli", "kobud" adlandırır və haqqında "o hər işdə birincidir", "yaxşı qışqırır", "Bir peyzaji iki saata tamamlaya bilir" deyirdilər.

Rəssamın erkən əsərləri sırasında "Qara itlə avtoportret", "Yaralı insan", "Kənddə sevgililər" tablolarını misal çəkə bilərik. Məhz bu əsərlərdə biz qismən romantik əhval-ruhiyyə, eyni zamanda xəyalpərəstliyin şahidi oluruq.

- Tablo Kurbe yaradıcılığının hansı dövrünə təsadüf edir?

- "Sabahınız xeyir, cənab Kurbe" əsəri rəssamın tanınmış portretlərindən biridir. Tablo 1854-cü ildə yağlı boya ilə kətan üzərində işlənib. Bu dövr rəssamın yaradıcılığında realizmin yetkin mərhələsinə təsadüf edir. Sözügedən illərdə rəssam artıq tanınır və öz fərqli sənət baxışlarını cəsarətlə ifadə edirdi. Əsər Kurbenin şəxsi həyatında da xüsusi yer tuturdu. Yəni rəssam bu tablonu dostluğu sədaqəti və peşəkar münasibətləri əks etdirmək üçün yaratmışdı.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Rəsmdə üç əsas fiqurun yerləşdirilməsi ilə balanslı bir kompozisiyaya malikdir. Maraqlı kompozisiyası olan əsərdə Kurbe özü mərkəzdə, piyada yol gedərkən təsvir olunub və qarşısında dayanan iki nəfərdən biri onun himayəçisi və kolleksiyaçısı Alfred Bruyas digəri isə dostu (onlardan biri bəlkə də qulluqçudur) hesab olunur. Hadisələr açıq havada, yol kənarında təsvir olunub. Kurbe sanki səfərdən qayıdır və bu zaman yolda dostları ilə qarşılaşır.

- Kurbe özünə dair detalları burada necə vurğulayır?

- Əsərdə rəssam özünü xarakterinə uyğun sərbəst, müstəqil, qürurlu təsvir edir. Tabloda Kurbeni ayaqüstə, bir əlində çubuq, digərində papaq, kürəyində səyyah çantası, sadə geyimdə və bir sənətkar obrazında görürük. Dostları onu ehtiramla qarşılayır və bu, rəssamın sənətkar kimi artıq cəmiyyətdə qazandığı hörməti simvolizə edir.

- Əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?

- Kurbe burada təbii torpaq tonlarından olan rəng palitrasından istifadə edib. Əsərdə yaşıl, qəhvəyi, boz və mavi tonlar realistik təsvir yaradır. İşıq effektləri kəskin deyil, diffuz şəkildə tətbiq olunur, yəni sanki  əsərə baxanda günəşli bir gündən real işiqlanma görürük. Bu da öz növbəsində əsərə təbiilik, gözəllik qatır. Rəssam fon olaraq açıq təbiət mənzərəsini - kənd yolu, səma və ağacları seçib. Əsərdə fiqurların geyimi diqqətlə işlənib və onların material və teksturası təbii rənglərlə əks olunub. Düzgün rəng seçimi əsərin reallığını gücləndirir. Əsər ilk baxışdan sadə, bəsit görünsə də, burada Kurbenin çantası əlindəki çubuq -rəssamın müstəqil səyyah, sənətkar, azadfikirli müşahidəçi mövqeyini, Bruyasın ehtiramla ona yanaşması, sənətçinin cəmiyyətdə nüfuzunu simvolizə edir və əsərin ideyasının bədii qayəsini zənginləşdirir. Rəsmdə görünən küçük isə tabloya həm həyatilik, həm də təbiilik qatır.

- Tablo hazırda harada saxlanılır?

- Əsər Monpelye şəhərindəki Musee Fabre sənət muzeyində qorunur. Bu muzey Fransanın cənubunda yerləşir və zəngin kolleksiyaya malikdir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Qustav Kurbe öz dövrünün romantik və ideallaşdırılmış təsviri sənət anlayışına qarşı çıxaraq reallığı olduğu kimi göstərməyə çalışır. Onun fikrincə, sənət insanın gerçək həyatını, gündəlik həyat tərzini, yaşamını əks etdirməli və lüzumsuz bəzək-düzəkdən uzaq olmalıdır. Yeni üslubda, fərqli tərzdə yaradılan Kurbenin əsərləri daim cəmiyyətin diqqətini çəkir və əksər hallarda səs-küyə səbəb olurdu. Bir sənətkar olaraq Qustav təbiət və dəniz mənzərələri, eləcə də məcazi kompozisiyalarla yanaşı, həm də sosial mövzulara toxunur, kasıbların ağır iş şəraitini əks etdirən əsərlər yaradırdı. O həm də siyasi baxışları ilə tanınırdı - müəyyən səbəblərdən hətta sürgün həyatı belə yaşamışdı.

Sadaladığımız detalları bu əsərə də şamil edə bilərik. "Sabahınız xeyir, cənab Kurbe" tablosu rəssamın sənət və həyata baxışının bir növ bəyannaməsi hesab olunur. Əsərdə Kurbe özünü səyahətdə olan bir rəssam kimi təsvir edir.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 21 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri