Icma.az
close
up
RU
Sabiq deputat Emin Əmrullayevi “TOPA TUTDU: Nazir problemlərə yumor kimi yanaşır

Sabiq deputat Emin Əmrullayevi “TOPA TUTDU: Nazir problemlərə yumor kimi yanaşır

News24 saytına istinadən Icma.az xəbər verir.

"Təhsil məsələsi ciddi və hamını maraqlandıran məsələdir. Hər kəs düşünür ki, axı bizim məktəblər nə üçün belə vəziyyətə gəlib çıxıblar?

Məktəblərin belə bir vəziyyətə gəlməsində əsas səbəb təhsildən xəbərsiz olan şəxslərin təhsilin pillələrinə rəhbərlik etmələrindədir. Vaxtı ilə Azərbaycanda böyük pedaqoq ordusu var idi. Məktəbdəki təlim-tərbiyə məsələləri hər zaman müzakirə mövzusu idi".

Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. 

O bildirib ki, indi bir dəfə olsun dərslərə davamiyyət haqqında danışılmır:

"Təhsil naziri mənasız brifinqlərdə bir dəfə olsun davamiyyət haqqında danışmır. Məktəbdə davamiyyət yoxdursa, deməli, uşaqlar küçədədirlər. Məktəb mühiti tərbiyə, fiziki hazırlıq və zəruri biliklərin verilməsi mühitidir. Bütün dünya öz məktəblərini qorumağa çalışır, sistemin zədələnməsinə imkan vermirlər. Məktəbə heç bir aiddiyyatı olmayan şəxslər təhsil pilləsinə gətirilib. "AzGranata"dan, Aqrar Universiteti bitirənləri, Şəkər Zavodundan insanlar vəzifəyə gətirilir. Təhsil hər kəsin idarə edə biləcəyi sahəyə çevrilib. 

Böyük Kant deyib ki, insan üçün iki peşədən çətin peşə yoxdur. Onlardan biri idarəetmə, digəri isə təhsil peşəsidir. Şagirdlər məktəbdə tərbiyə mühiti pozulduğu üçün təhsilin dəyərlərindən bəhrələnə bilmirlər. Repetitorluq məktəbi birmənalı olaraq çökdürülüb".

Onun sözlərinə görə, təhsil naziri brifinqlərdə bu məsələyə yumor kimi yanaşır:

"İdarəçilər çalışır ki, bütün bu hallar məktəbdən kənarda olsun. Məktəbdən kənarda olsa da, onlar şagirddirlər. Nəyə görə şagirdin üzərində bıçaq olmalıdır və ən kiçik mübahisədə bıçaqlanma, müəllimi təhqir etmə halları olur? 

Bütün bunlar təhsili zədələyir. Ziyalılar illər boyu formalaşdırdığımız məktəblərin nə üçün bu vəziyyətə gəlib çatdığını düşünməlidirlər.

Bunun kökündəki səbəb menecer statusu verilmiş şəxslərin məktəbə rəhbərlik etməsi, məktəbin bilərəkdən repetitorun ağuşuna verilməsidir. Məktəblərdə siniflər müəllimə icarəyə verilir. Dövlət hər il təhsilə vəsaiti artırır. Vəsait heç bir effekt verməyəcəksə, şagird valideynin hesabına oxuyacaqsa, vəsait ayırmağın nə mənası var? 

Uşaqlar öz sinif müəllimlərinə repetitor haqqı verirlər. Uşağın müəllimə pul verməyi onun psixologiyasına təsir göstərir, məktəb mühitini zədələyir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri