Icma.az
close
up
RU
Sabiq diplomat BAMFın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib

Sabiq diplomat BAMFın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Dekabrın 13-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun Himayəçilik şurasının ilin yekunlarına dair genişləndirilmiş iclası keçirilib. BAMF-ın baş ofisində keçirilən görüşdə ilk olaraq çıxış edən təşkilatın prezidenti Umud Mirzəyev 2024-cü ildə görülən işlərdən, əldə olunan nəticələrdən və hazırlanma mərhələsində olan illik hesabatdan danışıb. O, ilin əvvəlində qarşıya qoyulan və planlanan fəaliyyətlərin uğurla icra olunduğunu və bütün bunların növbəti ilin yanvar ayında təsdiqlənəcək yekun hesabatda öz əksini tapacağını qeyd edib.

Ardınca davam edən iclasda Albaniyanın Azərbaycanda və Türkiyədəki sabiq səfiri, dövlət xadimi, diplomat cənab Gənci Muçay BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib. BAMF-ın Himayəçilik şurasının sədri Çingiz Abdullayev cənab səfirə BAMF-ın rəsmi vəsiqəsini təqdim edib və bu təyinatın milli və beynəlxalq səviyyədə əhəmiyyətindən danışıb. O, cari ilin sonunda qəbul edilən bu qərarın olduqca faydalı olacağını xüsusilə qeyd edib. Daha sonra isə yeni seçilən və Azərbaycanda çalışdığı dönəmdən BAMF-ın fəaliyyətini izlədiyini bildirən səfir Gənci Muçay məmnunluğunu ifadə edib və öz dəstəyini və töhfəsini göstərmək üçün səbirsizləndiyini vurğulayıb: “BAMF-ın prezidenti Umud Mirzəyev və onun komandasının son 30 ildə gördüyü işlər göz önündədir. Mən aramızda olan dostluq və qardaşlıq əlaqələrinin fonunda bu cür əməkdaşlığı yüksək qiymətləndirirəm” deyə, cənab səfir qeyd edib.

Qeyd edək ki, səfir Gənci Muçay 2013-2016-cı illərdə Albaniyanın Azərbaycandakı səfiri olub. O paralel olaraq, Albaniyanın Gürcüstan, İran İslam Respublikası, Pakistan İslam Respublikası və Qırğızıstan Respublikalarında qeyri-rezident səfiri vəzifələrini də icra etmişdir. Zəngin bioqrafiyaya malik olan sabiq dövlət xadimi son olaraq Albaniya prezidentinin xarici məsələlər üzrə köməkçisi vəzifəsində çalışmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Dekabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri