DƏMX beynəlxalq müsabiqədə üç nominasiya üzrə qalib seçilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən “Global Tech Awards 2025” beynəlxalq müsabiqəsində 3 nominasiya üzrə qalib seçilib.
Nazirliyin İctimiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən göstərdiyi xidmətlər və bu istiqamətdəki innovativ addımları müsabiqənin tədqiqat komandası tərəfindən yüksək qiymətləndirilib.
DƏMX "Green Technology", "Government Technology" və "HR Technology" nominasiyaları üzrə fərqlənərək qaliblər sırasında yer alıb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Vyetnam, Almaniya, Rumıniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrdən layihələr də iştirak edib.
Qeyd edək ki, bu il xidmət ümumilikdə 17 beynəlxalq mükafata layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















