Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Sabiq icra başçısı məhkəmədə ifadə verdi: Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var VİDEO

Sabiq icra başçısı məhkəmədə ifadə verdi: Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var VİDEO

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

14 il icra başçısı işləmiş Lütvəli Babayevin oğlu biznesmen Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə İran vətəndaşı Tolpan Mahmudzadə şahid qismində ifadə verib.

O, ifadəsində göstərib ki, təqsirləndirilən Babəli Babazadə və Aruz Əliyev sənədləşmə işi ilə bağlı ona dostu Eldar vasitəsilə müraciət ediblər: "Torpağın reyestr xidmətində kodlaşma ilə bağlı sənədləşmə aparılmasını istəyirdilər. Özləri idarəyə müraciət etmişdilər, amma layihə qəbul edilməmişdi. Mənim şəhərsalma idarəsində tanışlarım vardı. İşin görülməsi üçün mənə heç bir vəd verməmişdilər. Sadəcə mən bu işin düzəlib-düzəlməməsi ilə maraqlandım".

Ehtiram Kərimov şahidin yalan danışdığını, ona işi görmək üçün pul verdiyini deyib: "Mən onunla 3-cü mikrorayon bazarında görüşdüm. Kafedə oturub söhbət elədik. Pulu sayıb verdim".

Şahid isə Ehtiram Kərimovu tanımadığını bildirib.

Qeyd edib ki, Aruz Əliyev torpağın alqı-satqısı ilə bağlı heç bir müraciət etməyib: "İş düzəlsəydi, bizi tanış edən Eldar adlı şəxsdən şirinlik alacaqdım".

Daha sonra şahid qismində Lütvəli Babayev ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib, məhkəmənin ədalətinə inandığını deyib: “Din dövlətdən ayrıdır. Amma dövlətin dini onun ədalətidir. Ədalətin özü isə Qurani Kərimdir. İnanıram ki, Qurani Kərimə xatir siz ədaləti qərar çıxaracaqsız”.

Sabiq icra başçısı qeyd edib ki, mühakimə olunan şəxslərlə heç bir qohumluğu, heç bir ədavəti yoxdur: “Hamısı oğlumun tanışlarıdır. Yazırlar ki, mənim oğlumun işlərindən xəbərdar deyiləm. Mən oğlumun bütün işlərindən xəbərdar olmuşam. Oğlum kamil bir insandır. Aruz onun etibarından istifadə edib. Buna görə də o da, biz də burdayıq. Oğlum Babəlinin görülən işlərlə bağlı verdiyi pulu Aruz mənimsəyib. Aruz və onun ətrafı... Bilmirəm, bu. Aruzdur, Ehtiramdır, Pərvizdir, yoxsa igər dostlardır. Qoy burada olan dostları da eşitsinlər...”.

Şahidin ifadəsinə Ehtiram Kərimov etiraz edib. Bildirib ki, adını çəkdiyi şəxslərdən Pərviz onların dostu deyil, Lütvəli Babayevin sürücüsü olub.

Lütvəli Babayev deyib ki, bu şəxslər istintaqa onların ailə üzvlərindən olan qadınların da adlarını veriblər: “İndiyənə qədər cinayət işində bunların anası, bacısı, nəslindən bir dənə qadın adı çəkilib? Amma bizim ailədə olan qadınların hamısının adını yazıblar. Hörmətli hakim, burada ad çəkdiz – Leyla Babayeva. O, mənim həyat yoldaşımdır, Babəlinin anasıdır. Xahiş edirəm, onun adını istinataqa verən şəxs nə qədər pul harada veriblərsə, onu sübut eləsin.

Bir də Babəlinin xalasının adını çəkiblər. Xala 11-ci sinfi bitirəndən sonra Türkmənistanda yaşayan bibisi oğluna ərə gedib. Onun indi nəvəsi də var. Allaha and olsun, onu siz görmüsünüzsə, mən də görmüşəm. Heç Babəli də onu görməyib”.

Şahidin sözlərinə görə, Aruz Əliyevin səsini özü yazıb, təsdiqlənmiş video-disk də var: “Həmin diskin əsli də sizdədir. Eyni zamanda işin bu səviyyə gəlib çıxmaması ilə əlaqədar onun dayısı, anası ilə görüşlərimiz olub. Aruzun anası bizim yanımızda dedi ki, Aruz get, Mingəçevirdəki evi sat, pulu ödə. Aruz da qayıtdı ki, bu iş mənimdir, mən özüm həll edəcəm.

Aruzun dayısı ilə də görüşmüşük. Ona demişəm ki, bacın oğlu belə bir iş görüb. Deyib ki, Aruz pulu verəcək.

Aruz mənim oğlumu Türkiyəyə yollayıb. Deyib ki, Moskvada əmlakım var, satılacaq, Türkiyədə həmin vəsait oğlumun adına qoyulacaq. Aruz mənimlə gedib Elmlər Akademiyasının yanındakı evi göstərdi. Ona dedim ki, Aruz, o evi mənim adıma keçir. Məni apardı, tikilən evin orta blokuna girdi, son mərtəbəyə qədər çıxdı, sonra bir əməkdaş gəlib dedi ki, bu həmin ev deyil. Halbuki Aruz evi göstərmişdi ki, buradan dənizə baxışı da var. Tamahkar hiyləgəri aldadır".

Sabiq icra başçısı qeyd edib ki, Aruz Əliyevlə tanışlığı Yasamaldakı ev məsələsi ilə bağlı məsələdən sonra yaranıb: "Onu oğlumun dostu kimi tanımışam. Aruz həmin dörvdə işə gələndə, oğlumun tanışlığı ilə işə götürülüb. Bunu özü yaxşı bilir. O da hədiyyə olaraq bir ərimiş tort aparıb”.

Lütvəli Babayevin sözlərinə görə, Ehtiram Kərimovun da, Aruz Əliyevin də ailə üzvləri ilə danışıqları olub: “Mən bu gün də onlarla düşmənçilik etmək fikrində deyiləm. Ehtiram mənim uşağımın həkimi olub. Ailənin etibarını qazanıb. Sonra da etibardan istifadə ediblər.

Bəzən deyirlər ki, oğlum uşaqdır, niyə atasının ondan xəbəri yoxdur. Yüz il əvvəl Böyük Britaniyanın baş nazirinin 21 yaşı vardı. Bu gün ölkəmizdə də cavan kadrlar var, onlar da vəzifədədirlər. Məni narahat edən məsələ ailəm haqqında kimin məlumat verməsidir, bu araşdırılsın. Dəfələrlə mənim adımı çəkirlər. Qoy çəksinlər. Mən bundan qorxan deyiləm. Bu onların özlərinə ziyandır. Çox üzr istəyirəm, bir xeyir işi misal gətirim. Gedərlər, qızın "həri"sini alarlar, toy edərlər, bəs toydan sonra dəvətnamə yazarlar? İndi bunlar birinci mənim şəkilimi veriblər”.

Bu zaman təqsirləndirilən şəxslərdən birinin vəkili İlqar Rüstəmov şahidin dediklərinə etiraz edib. Bildirib ki, şahid işə adiyyəti olmayan məsələlərdən danışır: “Bizim vaxtımız gedir. Hörmətli şahidə mən etiraz vermək istəyirəm. O, burada sözə zərərçəkən kimi başladı. Xahiş edirik ki, iclas təxirə salın, biz bu şahidə yazılı etiraz verəcəyik. Çünki o, özünü zərərçəkən kimi aparır. Bu şəxsin 20 dəqiqlik ifadəsində hansı sözü cinayət işi ilə əhəmiyyətli əlaqəsi var?”

Lütvəli Babayev isə iddia edib ki, obyektiv danışır, oğlunun ələ keçirilən pulunun geri qaytarılmasını istəyir.

Növbəti proses oktyabrın 30-da davam edəcək.

Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.

Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.

Aruz Əliyev özü həkim-cərrahdır. O, bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub.

İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.

Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə 2 milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.

Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulub. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi haqda həbs qərarı verilib.

İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.

Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.

Xatırladaq ki, Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.

Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada “Liqa-Stroy” Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LİQA-STROY) təsis edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see197

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see167

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see151

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see146

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see142

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see138

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri