Icma.az
close
up
RU
Sabiq icra başçısı və onunla birgə mühakimə edilən şəxslə bağlı QƏRAR

Sabiq icra başçısı və onunla birgə mühakimə edilən şəxslə bağlı QƏRAR

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan Apellyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə mühakimə olunan digər şəxslərin barəsindəki qərardan verilən barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: İsmayıl Vəliyev və digər vəzifəli şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs olunmuşdular. O zaman Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qedy olunurdu ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub. Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham olunmuşdular. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov, 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il azadlıqdan məhrum edilmişdilər. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib. Ali Məhkəmənin qərarına əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Telman Zahidovun cəzası 5 il 6 aya, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Anar Cəfərovun cəzası 5 il 6 aya, Vurğun Əkbərovun cəzası 6 ilə, Vüqar Nağıyevin cəzası isə 5 il 8 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri