Icma.az
close
up
RU
Sabiq idarə rəisinə hökm oxunub 130 min manatdan mənə bir qəpik çatmayıb

Sabiq idarə rəisinə hökm oxunub 130 min manatdan mənə bir qəpik çatmayıb

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlax şəhər Gənclər və İdman İdarəsinin sabiq rəisi Binyamin Musayevin cinayət işinin maraqlı təfərrüatları məlum olub. B.Musayev tərəfindən guya idman yarışlarının keçirilməsi, ezamiyyətə göndərilən müəllimlərə ezamiyyə xərclərinin verilməsi, qaliblərin mükafatlandırılması və digər bəhanələrlə 130 min manatlıq dövlət vəsaiti mənimsənilib.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, B.Musayev Yevlax rayon icra hakimiyyət başçısının sərəncamı ilə 2007-2021-ci il tarixədək həmin vəzifədə işləyib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına görə Binyamin Musayev qeyd olunan vəzifədə işləyərkən işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafatlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla, 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Məhkəmədə dindirilən B.Musayev deyib ki, elan edilmiş ittihamla razı deyil. O, qeyd edilən 129 min manatın 1 manatını da özünə xərcləmədiyini deyib. Bildirib ki, bütün idman yarışları keçirilib, müəllimlərin maaşları və ezamiyyət xərcləri ödənilib. B.Musayev özünə 1 manat xərcləmədiyini desə də 130 mini kimə və ya kimlərə xərclədiyini deməyib.
O, istintaq dövründə 5 ay ərzində 50 min manatı ödədiyini söyləyib. Qalan məbləği də məhkəmə istintaqı zamanı dövlətə ödədiyini bildirib. Himayəsində iki övladının, xəstə anasının olduğunu nəzərə alaraq barəsində yüngül cəza çıxarılmasını xahiş edib.
İş üzrə şahidlər dindirilən zaman məlum olub ki, B.Musayev tanışı olan bir neçə nəfəri müəllim kimi işə qəbul edib. Lakin həmin şəxslər işə gəlməyib. Sadəcə əmək kitabçaları olsun deyə B.Musayevlə razılaşıblar. Həmin şəxslər fəhlə, sürücü kimi fərdi əməklə məşğul olurmuşlar.
Yevlax şəhər Gənclər və İdman idarəsinin əməkdaşlarının ifadələrindən isə məlum olub ki, sənədlərdə bəzi idman yarışlarının keçirildiyi, qaliblərə, müəllimlərə, aparıcılara mükafatlar yazıldığı qeyd edilsə də belə yarışlar olmayıb. Həmçinin müəllimlər onlara ezamiyyə xərclərinin ödənilmədiyini, yol xərclərini belə özlərinin çəkdiklərini deyiblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Musayev barəsində yüngül cəza təyin edilib.
B.Musayev Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 il 6 ay, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib.
Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2011

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see124

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see123

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see119

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri