Sabiq məmur övladalarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, “Abeona Global Limited” şirkəti ötən il 4 min 681 funt-sterlinq (10,3 min manat) zərər edib.
Məlumat üçün bildirək ki, “Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə (20 yaşında) Londonda “Buta Lounge” adlı restoran açıb.
Onu da bildirək ki, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun qızı Günel Rüstəmovaya məxsus “Gyunel Limited” şirkətinin zərəri isə daha çox – 6 milyon 185 min 751 funt-sterlinq (13,6 milyon manat) olub. 28 aprel 2005-ci ildə “Basement 32 Woodstock Grove, London, Uk W12 8LE” ünvanında qeydiyyatdan keçən “Gyunel Limited” şirkətinin 2007-2021-ci illərdə digər bir rəhbəri Günel Rüstəmovanın həyat yoldaşı – “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadə olub.
Elnur Əli


Bu mövzuda digər xəbərlər:Zalujnı Londondakı səfirliyimizdə FOTO
26 Dekabr 2024 22:06
Londondakı qol şousu Video
09 Dekabr 2024 09:33
Londondakı “ağlasığmaz” qiymətlərdən şikayətləndi
12 Dekabr 2025 22:16
Londondakı aksiyalarda onlarla etirazçı saxlanılıb
04 Oktyabr 2025 20:12
Londondakı Azərbaycan məktəbində tədbir keçirilib
10 Dekabr 2024 21:37
Baxış sayı:91
Bu xəbər 07 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















