Icma.az
close
up
RU
Sabiq nazir: Diplomatlarımızın ritorikası dəyişib

Sabiq nazir: Diplomatlarımızın ritorikası dəyişib

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Diplomatik xidmət orqanları rəhbərləri “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirə çərçivəsində Xankəndi şəhərinə səfər ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq, şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar. Daha sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilib. 

"Bu səfər diplomatlarımızın mövqeyini gücləndirəcək"

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın xarici ölkələrdə akkreditasiya olunmuş diplomatlarının Xankəndi səfəri onların mövqeyini gücləndirəcək:

“Diplomatlarımız xarici ölkələrdəki iş yerlərinə qayıtdıqda öz həmkarlarına, eləcə də konfrans və tədbirlərdə çıxışlarında şəhərin necə bərpa edildiyini, oradakı inkişafı, insanların geri qayıdışını daha yaxşı təbliğ edə biləcəklər. Bu, əlbəttə, diplomatlarımızın mövqeyini daha da gücləndirəcək”.

"İndiki diplomatiyamız, əlbəttə, fərqlənir"

Sabiq nazir Azərbaycan diplomatiyasının bugünkü səviyyəsini də dəyərləndirib:

“İndiki diplomatiyamız, əlbəttə, fərqlənir. Mənim dövrümdə Azərbaycan torpaqları işğal altındaydı, 1 milyona yaxın qaçqın və məcburi köçkün vardı. 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən, torpaqlarımızın tam şəkildə azad edilməsindən sonra ritorika tamamilə dəyişdi. Bizim dövrümüzdə də diplomatlar ürəklə çıxış edir, "Qarabağ torpaqları azad olunmalıdır!", "BMT Təhlükəsizlik Şurasının qətnamələri gərək yerinə yetirilsin!"  deyirdilər. Amma artıq Azərbaycanın hörməti qat-qat qalxıb. Azərbaycan suverenliyini tam şəkildə bərpa edib, indi daha güclüdür. Bütün dünyada özünə hörmət qazanıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri