Icma.az
close
up
RU
Sabiq nazir: “İqtisadiyyatda inqilabi dəyişiklik etməliyik”

Sabiq nazir: “İqtisadiyyatda inqilabi dəyişiklik etməliyik”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"ABŞ Prezidenti Donald Trampın başlatdığı “tarif müharibəsi” əslində dünyada iqtisadi və biznes maraqlarının təkrar bölgüsü üzrə gedən müharibənin davamıdır. Bu müharibə uzun zamandır var, lakin Trampın “tarif müharibəsi” ilə daha şiddətli fazaya keçdi. Əgər bu tendensiya davam edərsə, yaxın gələcəkdə dünya iqtisadiyyatı ciddi tənəzzüllə üz-üzə qala bilər”.

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında iqtisad elmləri doktoru, sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bildirib. Onun sözlərinə görə, prosesin başlanğıcının ilkin əlamətlərindən biri son günlər dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsidir:

“Son üç ay ərzində dünya bazarlarında neft 25%-dən çox ucuzlaşıb və bu ucuzlaşma tendensiyası davam edir. Hesab edirəm ki, yaxın aylarda bu qiymətlərin 50 dollar civarına enməsi mümkündür". 

Ekspert qeyd edib ki, dünya iqtisadiyyatında baş verə biləcək tənəzzül öz ardınca beynəlxalq maliyyə bazarında böyük bir “zəlzələ”nin baş verməsinə səbəb ola bilər: 

"Trampın “tarif müharibəsi”ndən sonra ABŞ fond bazarının 6 trilyon dollar qədər itkilərlə üzləşməsi, bu prosesin başladığının əyani sübutudur. Bütün bunlar olduqca düşündürücü və narahatedici məqamlardır. Dünya bazarlarında neftin qiymətlərinin bu qədər sürətlə və kəskin şəkildə ucuzlaşması Azərbaycan hökumətini də ciddi şəkildə narahat etməlidir. 2025-ci ilin büdcəsində neftin 1 bareli üçün qiymət 70 dollar müəyyən edilib. 

Büdcəmizin ¾ hissəsinin birbaşa və dolayı şəkildə neftdən asılı olduğunu nəzərə alsaq, məsələnin nə qədər ciddi olduğunu başa düşmək çətin deyil. Nə etməliyik? İqtisadiyyatın real sektorunda inqilabi dəyişikliklər etməyə məcbur olduğumuz desəm, daha doğru olar. İndiyə qədər bir çox işlər görülüb və müsbət nəticələr əldə olunub, amma bu, zamanın bizdən tələb etdiklərindən çox-çox azdır. Bizim 20 milyard dollardan çox idxalımız var və biz bu idxalın yalnız 15-16%-ni qeyri-neft sektorundan əldə etdiyimiz ixrac valyutası ilə ödəyə bilirik. İdxalın qalan hissəsi isə neft və qaz ixracından əldə olunan valyutalarla qarşılanır". 

Səbinə Uğur 
"Cebheinfo.az"

 

Açar sözlər: İqtisadiyyat neftin ucuzlaşması tarif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri