Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram”
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
Sabiq xarici işlər naziri Vilayət Quliyev illər əvvəl ailəsində baş verən ağır itkidən bəhs edib.
News24.az xəbər verir ki, o, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində qızı Humayın gənc yaşda vəfatının həyatında dərin iz buraxdığını bildirib.
Onun sözlərinə görə, bəzən bu hadisəyə görə özünü günahkar hiss edir:
“Bəlkə yanımızda otursaydı… yəni bir valideyn kimi ona deməsəydi ki, xaricdə ən yaxşı ali məktəbdə təhsil al, ürəyin istəyən işlə məşğul ol… Bilmirəm. Hər halda, çox ağırdır yəni”.
Vilayət Quliyev qeyd edib ki, qızının xatirəsini yaşatmaq üçün ailəsi tərəfindən xüsusi fond yaradılıb. Fond istedadlı gənclərə dəstək göstərir və təhsil sahəsində müxtəlif layihələr həyata keçirir.
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 Aprel 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















