Icma.az
close
up
RU
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: Azərbaycana qarşı bu taktikanı seçib

Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: Azərbaycana qarşı bu taktikanı seçib

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Rusiya tərəfi müxtəlif səbəblərdən Azərbaycana qarşı hərbi və güc tətbiqinə əsaslanan hər hansı addımın mümkün olmadığını dərk edərək, “proksi” təsir taktikasını seçib. Bu fəaliyyətlərin əsas istiqamətləri isə Rusiyadakı Azərbaycan diasporuna təzyiq, iri Azərbaycan-Rusiya və Azərbaycan-yəhudi biznesinə təzyiqlə bağlıdır. Sözsüz ki, Rusiyada təkcə yerli “tərəfdaşlar” olmadan böyük həcmli sırf azərbaycanlı biznesi faktiki olaraq mümkün deyil.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiyada azərbaycanlı iş adamlarına və biznes şəbəkəsinə qarşı olan təhdidləri şərh edərkən deyib.

O, həmçinin Rusiyadan Azərbaycanın ixrac potensialına qarşı sabotaj cəhdlərinə diqqəti çəkib: “Media, dövlət internet şəbəkələri və resurslarına hücumlar, onların bloklanmasına yönəlmiş fəaliyyətlər də bu xüsusda qeyd edilməlidir. Çünki xüsusi təbliğat və şayiələrin, yalan məlumatların, saxta xəbərlərin yayılması, bunların rəsmi resursların loqotipləri ilə maskalanması və s halları artıq adi hal alıb. Xüsusi təbliğatın əsas hədəfi kimi ictimai rəyin formalaşdırılmasıdır. Əsas məqsədləri odur ki, ictimaiyyət çaşdırılmalı, siyasi, etnik və ya sosial konsolidasiyadan məhrum edilməlidir”.

Sabiq nazirin fikrincə, mövcud vəziyyətin spesifikliyini nəzərə alsaq, cəmiyyətimiz üçün əsas birləşdirici faktor – öz ölkəsinin suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, qələbə qazanmış çoxmillətli xalq olduğumuz duyğusu ətrafında birləşməyimizdir: “Sözsüz ki, vətəndaş kimliyimizin bu fundamental əsası məqsədyönlü informasiya hücumlarına məruz qalacaq. Son nümunə kimi “Qərbi Azərbaycan” QHT-nin guya ləğv olunması barədə uydurma məlumatı və ya kompensasiyalardan imtina ilə bağlı şayiələrin dolaşdırılmasını göstərmək olar.

Odur ki, hörmətli FB dostlar və digər oxucular, diqqətli olun və daha tez-tez Azərbaycanın Müdafiə Nazirliyinin və digər məlumat vasitələrinin yaydığı materialları paylaşın. Çünki onlar həm də bu cür informasiya hücumlarına qarşı mübarizə aparırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Avqust 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri