Icma.az
close
up
RU
Sabiq prokurorun dələduzluqda ittiham olunan qardaşı məhkəmədə sualları cavablandıra bilməyib

Sabiq prokurorun dələduzluqda ittiham olunan qardaşı məhkəmədə sualları cavablandıra bilməyib

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Rasim İldırımzadənin sərbəst ifadəsi dinlənilib.

O ifadəsi zamanı bildirib ki, zərərçəkən Qurban Piriyevi digər təqsirləndirilən Qoşqar Məmmədov vasitəsilə tanıyıb. Ona bir məsələdə yardımçı olmağını xahiş edib:

"Mənim bir vəzifəli şəxs tanışım var idi. Həmin şəxsin vasitəsilə ona kömək etmək istəyirdim. Bir işdə yatırım etmək istəyirdi. Bu, Türkiyə ilə bağlı idi. Onun müəyyən problemləri var idi. Biz həll etməliydik, Azərbaycandan".

Dövlət ittihamçısı Tural Yaqubovun suallarına qeyri-səmimi cavab verməklə yanaşı, Rasim İldırımzadə müəyyən vacib məqamları da izah etməkdən yayınıb.

Onun bildirdiyi kimi, zərərçəkən Qurban Piriyevin niyə məhz müvafiq dövlət qurumları vasitəsilə yox, hər hansı bir vəzifəli şəxsin köməyi ilə biznes yatırımı etməsinin səbəbini isə təqsirləndirilən dövlət ittihamçısına izah edə bilməyib.

Təqsirləndirilən suallara qeyri-səmimi cavab verdiyindən prokuror məhkəməyə təklif edib ki, zərərçəkən də prosesə dəvət olunsun və çarpaz suallar verilsin.

Buna görə də növbəti proses sentyabrın 23-nə təyin edilib.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıblar, daha sonra isə barələrində "başqa yerə getməmək" barədə qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Qurban Zeynəddin oğlu Piriyevdir. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır. Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevə Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağını bildiriblər. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Daha sonra Qurban Piriyev hüquq-mühafizə orqanlarına şikayət edib. İlkin istintaq dövründə ona dəymiş ziyanın bir qismi ödənilib.

544 min manat ziyanın 85 min manatını Rasim İldırımzadə, 20 min manatını isə digər təqsirləndirilən Zaur Mirzəzadə və Qoşqar Məmmədov qaytarıblar.

Onu da qeyd edək ki, təqsirləndirilənlər barədə daha öncə həbs olmayan qətimkan tədbiri seçilsə də, məlum cinayət isinin məhkəmə istintaqı dövründə təqsirləndirilən Qoşqar Məmmədov barəsində digər cinayət işi ortaya çıxdığından onun barəsində həbs qətimkan tədbiri seçilib.

Əlavə edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş "Amrahbank"ın təsisçisi Yunus İldırımzadədir.

Elgün Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri