Icma.az
close
up
RU
Sabiq rəislə bağlı şok faktlar... Həbsi qaçılmazdır

Sabiq rəislə bağlı şok faktlar... Həbsi qaçılmazdır

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Metropoliteni QSC-nin külli miqdarda vergi borcu var.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı “Bakı Metropoliteni” QSC barəsində 3 985 391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Zaur Hüseynov Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib, yerinə Vüsal Aslanov təyin olunub. Yoxlamalar Z.Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.

Xatırladaq ki, daha əvvəl Bakı Metropoliteni QSC-də Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlanmışdı.

Hesablama Palatası Bakı Metropoliteni QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Məlumatda deyilirdi ki, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.

Buna görə sabiq rəisin haqqında cinayət işinin açıla biləcəyi haqda ekspertlər arayış vermişdilər.

Zaur Hüseynovun fəaliyyətinin yoxlanması ortaya dəhşətli faktlar çıxarır. Bu adam işlədiyi dövrdə metro təsərrüfatını demək olar, məhvə sürükləyib, iflic edib. Metropoliten dövlətin strateji müəssisələrindəndir. İnanmaq olmur ki, bu cür məsuliyyətsiz, tamahkar bir adam 10 il Bakı Metropoliteni QSC-ə rəhbərlik edib. Əslində Z.Hüseynovun fəaliyyətində indiyə kimi aşkarlanmış qanun pozuntuları, maliyyə yeyintiləri onun həbsini qaçılmaz edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Fevral 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri