Icma.az
close
up
RU
Sabiq vergi müfəttişi 395 min manatı necə ələ keçirib?

Sabiq vergi müfəttişi 395 min manatı necə ələ keçirib?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2024-cü illər ərzində şəxslərin müvafiq işlə təmin edilməsi, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbə qəbulu, guya işlədiyi qurum tərəfindən müsadirə olunmuş əmlakların aşağı qiymətə satılmasının təşkil edilməsi və digər bu kimi məsələlərin "həlli" ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxslərdən 395 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirməsinə və rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Maqsud Nəsirova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İstintaq dövründə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri