Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Sabir Rüstəmxanlı məşhur şairlə bağlı sirri açdı: “İçirdib əleyhimizə imza atdırmışdılar”

Sabir Rüstəmxanlı məşhur şairlə bağlı sirri açdı: “İçirdib əleyhimizə imza atdırmışdılar”

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


SSRİ-nin dağılması, Azərbaycanın müstəqilliyi, Rəsul Həmzətova irad – Sabir Rüstəmxanlı söhbətləri

Bakupost TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.

Sabir Rüstəmxanlı verilişdə 1991-ci ilin avqust-oktyabr aylarında keçmiş SSRİ-də və Azərbaycanda baş verən siyasi proseslərdən, Sovet İttifaqının süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizədən danışıb.

Xalq şairi bildirib ki, tarixin mühüm məqamlarını zaman-zaman xatırlamaq və onlardan nəticə çıxarmaq lazımdır:

“İnsanın ən böyük üstünlüklərindən biri odur ki, o, tarixi, keçmişi unutmur, ondan ibrət alıb gələcəyini qurur. Avqustun sonu, sentyabrın əvvəli həm keçmiş SSRİ-nin, həm də Azərbaycanın tarixində unudulmaz günlər olub. 1991-ci il avqustun 19-da SSRİ-də QKÇP deyilən çevriliş cəhdi baş verdi. Amma onun ömrü cəmi üç gün çəkdi”.

Sabir Rüstəmxanlının sözlərinə görə, həmin üç gün SSRİ-nin dağılması prosesini sürətləndirdi və ittifaq daxilində siyasi vəziyyəti kökündən dəyişdi:

“O zamankı Azərbaycan hakimiyyəti QKÇP-ni dəstəklədi. Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri isə çevrilişə qarşı çıxdılar. Beləliklə, Azərbaycan hakimiyyəti ilə Xalq Hərəkatı arasında növbəti fikir ayrılığı yarandı.

Mən buna düşmənçilik kimi baxmıram. Fikrimcə, Azərbaycan hakimiyyəti düşünürdü ki, Qorbaçovun Azərbaycana qarşı yanlış münasibətini yaranacaq yeni sistem düzəldə, Ermənistanın torpaqlarımıza iddialarını bu yolla aradan qaldıra bilər.

Azərbaycan hakimiyyəti martın 17-də xalqı SSRİ-nin tərkibində qalmaqla bağlı referenduma apardı. 43 millət vəkili referendumun əleyhinə səs verdi. Naxçıvan isə ümumiyyətlə referenduma qatılmadı”.

Sabir Rüstəmxanlı qeyd edib ki, QKÇP-nin süqutundan sonra Azərbaycan Xalq Cəbhəsinin mövqeyinin doğru olduğu üzə çıxdı. Onun sözlərinə görə, bundan sonra AXC-nin Sabir adına texnikumun köhnə binasında yerləşən qərargahına basqın edilib:

“Binaya zəhərləyici maddə buraxdılar. Rəhmətlik Elçibəy, İsa Qəmbər və mən ikinci mərtəbədə idik. Ora da soxuldular və bizi zorla birinci mərtəbəyə düşürdülər”.

Xalq şairi həmin hadisə zamanı xəsarət aldığını da xatırladıb:

“O vaxta qədər Azərbaycan polisi mənə əl qaldırmamışdı. Orada arxadan başıma zərbə vurdular. Elçibəyi də eyni yerdə vurdular. Sonra məni Oktyabr Rayon Polis İdarəsinə apardılar. Qan dayanmadığından oradan o vaxtkı Semaşko xəstəxanasına getdim. Başıma yeddi tikiş qoydular. Həkim hematoma olduğunu dedi və altı aydan sonra yenidən gəlməyi məsləhət gördü. Bildirdi ki, yara qalsa, həyata vida, çəkilsə, yaşayacaqsan”.

Sabir Rüstəmxanlı xatırladıb ki, avqustun 30-da xalqın təkidi ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edildi:

“O zaman Ali Sovetdə 25 nəfərlik Müstəqil Azərbaycan Deputat Blokunun həmsədri idim. Digər həmsədr rəhmətlik Tofiq Qasımov idi.

Həmin iclasda Heydər Əliyevin çıxışı indi də yadımdadır. O bildirdi ki, SSRİ dağılır və Azərbaycan müstəqil olmalıdır.

Oktyabrın 18-də yenə də çətinliklə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Dekabrda isə SSRİ dağıldı”.

Xalq şairi verilişdə Dağıstanın məşhur şairi Rəsul Həmzətovla bağlı maraqlı xatirəsini də bölüşüb:

“SSRİ Ali Sovetinin Moskvadakı sessiyası zamanı dəhlizdə Rəsul Həmzətovla qarşılaşdım. O, Azərbaycanda bir kitabının da qalmadığından ‘şikayətləndi’. Dedim ki, bunun günahı özünüzdədir, çünki siz erməniləri müdafiə etdiniz, onların saxta kağızına qol çəkdiniz.

Dedi ki, məclisdə kefli vəziyyətindən istifadə ediblər və qarşısına qoyulan kağıza qol çəkib. Dedim, ayılandan sonra təkzib edə bilərdiniz. Bildirdi ki, bunu bəlkə mən yazım. Dedim, edə bilmərəm, çünki təminatım yoxdur.

Sonralar Heydər Əliyev onu Azərbaycana dəvət etdi və Rəsul Həmzətov dolayı yolla da olsa, səhvini etiraf etdi”.

Sabir Rüstəmxanlı çıxışının sonunda 35 il əvvəl baş verən həmin hadisələri yenidən xatırlamağı özünə mənəvi borc bildiyini söyləyib:

“1991-ci il sentyabrın 1-də SSRİ Ali Sovetinin sonuncu sessiyası çağrıldı. Respublikalardan müxalifət düşərgəsini təmsil edən bəzi deputatlar da dəvət olunmuşdu. Sonunu hiss edən Qorbaçov da çıxış etdi. Biz həmin tarixi hadisələrin şahidi olduq.

35 il keçəndən sonra bunları xatırlamağı özümə borc bildim. Sevinirəm ki, Azərbaycan müstəqildir. Artıq ərazi bütövlüyümüzü də bərpa etmişik. O vaxt çəkilən zəhmət hədər getməyib”.

Rüfət Sultan

BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Sentyabr 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri