Sabir Rüstəmxanlının “Sürgün sevgi” pyesinin Sumqayıtda premyerası keçirildi
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Sumqayıt Dövlət Teatrında Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” pyesi əsasında hazırlanmış ikihissəli milli faciə tamaşasının premyerası keçirilib.
"Bakupost" xəbər verir ki, anşlaqla keçən premyerada Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, ölkənin tanınmış ictimai və mədəniyyət xadimləri, sənət adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluş verdiyi, musiqisi bəstəkar Cavanşir Quliyevə məxsus olan tamaşa Azərbaycan xalqının yaşadığı repressiyaları, milli azadlıq mübarizəsini, sürgün talelərini və bütün çətinliklərə rəğmən yaşanan sevgi hekayəsini özündə əks etdirir.
Tarixi yaddaşımızı, milli-mənəvi dəyərlərimizi və insan talelərini təsirli səhnə dili ilə təqdim edən tamaşa izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Premyeranın sonunda Xalq şairi Sabir Rüstəmxanlı və rejissor Ağalar İdrisoğlu çıxış edərək tamaşaçılara və yaradıcı heyətə təşəkkürlərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 22 Oktyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















