Icma.az
close
up
RU
Sabirabadda keçirilən Uşaq İncəsənət Festivalından fotolar

Sabirabadda keçirilən Uşaq İncəsənət Festivalından fotolar

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabirabad, 19 may, Aydın Yavərzadə, AZƏRTAC

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mədəniyyət Mərkəzində “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində rəngarəng və əyləncəli tədbir təşkil olunub.

Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir çərçivəsində məktəblilərin hazırladığı dekorativ-tətbiqi sənət nümunələri, rəsm əsərləri, robotexnika layihələri və digər yaradıcılıq işlərindən ibarət sərgi açılıb.

Festival iştirakçıları uşaqların öz əlləri ilə ərsəyə gətirdikləri işlərlə tanış olmaq imkanı qazanıblar. Eyni zamanda, tədbir zamanı xüsusi ayrılmış guşələrdə uşaqlar rəsmlər çəkib, yaradıcı fəaliyyətlərini yerində nümayiş etdiriblər.

Rəqs üzrə ustad dərsləri isə uşaqların maddi-estetik inkişafını təşviq etmək, yaradıcılıq potensiallarını üzə çıxarmaq, həmçinin incəsənətə maraqlarını artırmaq məqsədi daşıyıb. Təlimlər M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbər, Xalq artisiti Rüfət Xəlilzadənin iştirakı ilə baş tutub. Uşaqlara rəqsin müxtəlif texnikaları, səhnə davranışı, qrup halında ifa bacarıqları interaktiv formada öyrədilib.

Daha sonra Sabirabad şəhərinin uşaq bağçalarının şagirdləri, Mil-Muğan regionu üzrə musiqi və incəsənət məktəblərinin, həmçinin mədəniyyət mərkəzlərinin nəzdində fəaliyyət göstərən uşaq rəqs və folklor kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim edilib. Festival iştirakçıları Sabirabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri