Icma.az
close
up
RU
“Oxuyan uşaq düşünən gələcək” 4 cü Uşaq Kitab Festivalından REPORTAJ

“Oxuyan uşaq düşünən gələcək” 4 cü Uşaq Kitab Festivalından REPORTAJ

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Dördüncü dəfə keçirilən IV Uşaq Kitab Festivalının bu dəfəki əsas mesajı – “Oxuyan uşaq – düşünən gələcək” idi.

Uşaqlarda kitaba sevgini aşılayan, oxuma vərdişini hədəf seçən tədbir Bakı İdman Sarayında təşkil olunub.

Tribunainfo.az festival haqqında reportajı təqdim edir:

Metroda iki uşaq, əllərində tutduqları 5 manatı xırdalamağa çalışırdılar. Xaosun içində onların səsini duyan yox idi. Digər uşağın əlində tutduğu “Teas Press” nəşrinin sellofanını görəndə hiss etdim ki, festivala getmək istəyirlər. Uşaqların pulunu xırdalaya bilməsəm də onları turniketdən keçirdim. Birlikdə yollandıq festivala. Sonra deyirsiniz cəmiyyət kitab oxumur, kitablar bahadır… Vallah, bir manata da kitablar vardı.
Qarşılaşdığım mənzərə məni heyrətə gətirdi. Qarışqa bala darışan kimi uşaqlar da kitabların işığına yığışmışdı. Addım atmağa yer yox idi. Metroda qarşılaşdığım uşaqlar hər stendə yaxınlaşaraq, planetlər haqqında kitab axtarırdılar. Satıcılar da başlarını bulayıb “yox” cavabı verirdi. Ümid edirəm ki, o boyda nəşriyyatda heç olmasa biri planetlər barədə kitab dərc edib. Rəfiqəmin qızı rus dilində təhsil aldığı üçün rusdilli kitab axtarırdı.

Festivalda dünya uşaq ədəbiyyatı nümunələri ilə yanaşı müasir, yerli müəlliflərin də uşaqlar üçün yazdığı kitablar çox idi. Hətta müəlliflər balaca oxucuların kitablarını imzalayıb onlarla şəkil də çəkdirirdi. Müəlliflər uşaqlara “arzun nədir?” kimi maraqlı suallar ünvanlayır, onlarla səmimi ünsiyyət qururdular. Uşaqların gözlərində işıq, dodaqlarında təbəssüm sezilirdi.

Tədbirdə kitablardan savayı uşaqların əyləncəsi üçün oyunlar da təşkil olunmuşdu. Rəsm çəkmələri üçün şərait yaradılmışdı. STEAM nümunələrindən ibarət sərgi təşkil edilmişdi.

Festivalda təkcə uşaqlar üçün deyil, valideynlər üçün nəzərdə tutulmuş maraqlı kitablar da vardı.
“Alatoran” nəşriyyatında araşdırmaçı-yazıçı Şamil Quliyevin uşaq psixologiyasını analiz edən, valideyn olaraq biz kimik, ana-ata olaraq nələri bilməliyik və s. mövzularında yazdığı çox maraqlı kitabları da sərgidə yer almışdı.

“Mimta” yayımlarının dərc etdiyi keyfiyyətli kitablar göz oxşayırdı. Satıcıların simasında yorğunluq yox idi. Sevərək, həvəslə uşaqların istəklərini soruşur, kitablar haqqında məlumat verirdilər.

Kənd məktəbindən festivala qatılan müəllimə Nərmin Abdullayeva şagirdləri üçün xeyli kitab alırdı.

Sosial şəbəkədə tanıdığım başıbağlı bir qadın artıq başını açmışdı. Ateist olduğunu bildirdi. Həmin dəqiqələrdə, söhbət etdiyimiz vaxtda oğlunu gözdən itirən ateist qadın, həyəcanla “İsa, İsa” deyərək, oğlunu axtarmağa başladı. Biz də ona qoşulduq. İsa sanki Tanrının uşaq üzünə çevrilib qeyb olmuşdu. İdman sarayının bufetində oturub İsanı düşünərək çay içirdik, İsa və ateist anası oğlunu qucaqlayıb gedirdi.

Festivalın təşkilatçıları səhnədə çıxış edərək, belə tədbirlərin uşaq ədəbiyyatına marağı artırmaqla, eyni zamanda ailələrdə kitab oxuma mədəniyyətinin formalaşmasına dəstək verdiyini bildirdilər.

Bu festivalın növbəti illərdə daha geniş keçiriləcəyini vurğuladılar.

Uşaqların yaddaşında mütləq, unudulmaz iz qoyan bu festival məni riqqətə gətirdi. İnanıram ki, növbəti festivallarda daha çox valideyn və uşaq kitaba qovuşacaq. Övladlarımız üçün ən böyük sərvət kitabdır. Kitab onların düşüncələrini, həyata baxışlarını dəyişən, işıqlandıran ən ümidli yoldur. Bu yolda onlara dəstək olun, heç olmasa bir kitab alın. Bir kitabla da onların kiçik dünyasına rəng qata bilərsiniz.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri