Icma.az
close
up
RU
Sabiri “şalvarsız” qoyan Trendyol Şəbəkə insanları bu yolla aldadır ŞOK FAKTLAR KONKRET

Sabiri “şalvarsız” qoyan Trendyol Şəbəkə insanları bu yolla aldadır ŞOK FAKTLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Təsəvvürünüzə gətirin, kostyum alırsınız şalvarı var pencəyi yox, ya da əksinə. Bir az gülməli görünsə də, belə hallar əsasən onlayın ticarətdə baş verir. Son illərin onlayın alış-veriş trendinə çevrilən bəzi onlayın alış-veriş şəbəkələri artıq üzərlərinə düşən öhdəliyə tam əməl edə bilmir. “Sağ göstərib sol vurma” prinsipiylə işləyən belə ticarət obyektləri əhalini aldatmaqla məşğuldur. Azərbaycanda minlərlə insanın istifadə etdiyi onlayın mağaza şəbəkələrindən biri də “Trendyol”dur.

Bu şəbəkədən məhsul alan hər kəs heç olmasa bir dəfə aldadıldığını anlayıb. Adam kataloqda bəh-bəhlə təqdim edilən məhsula dərhal müştəri çıxır və düşünmədən onu almaq qərarına gəlir. Lazım olan proseduru həyata keçirərək sifarişini qeydiyyatdan keçirir. Qiymətin fərqində olmayan alıcı ona təqdim edilən məhsulun yolunu gözləməyə başlayır. Sonda hadisələr necə cərəyan edir?

Nəyin necə baş verdiyini redaksiyamıza Sabir adlı şəxsin yazdığı şikayət məktubundan oxuyuruq. Vətəndaş yazır ki, “Trendyol”dan kostyum sifariş edib. 3741 lirəyə (təxminən 200 manat) təklif olunan kostyuma müştəri çıxan vətəndaş dərhal ödəniş edib və günlərdir xəyal qurduğu bahalı kostyumunun yolunu gözləməyə başlayıb. Çatdırılma vaxtında həyata keçirilib. Məhsulu açana kimi müştəri xidmətdən tam razı qalıb. Amma təzə kostyumun sevinci cəmi bir neçə qədiqə çəkib. Türkiyədən yenicə gələn təzə paltarı geymək həvəsiylə bağlamanı açan vətəndaş gözlərinə inanmayıb. Sabirin  başına gələn hadisə belədir: “Trendyol”-un rəsmi “AVVA” mağazasından kişi kostyumu sifariş edib. Bağlama açılanda onun içərisindən yalnız tək şalvar çıxıb. Bütün aləm bir-birinə dəysə də, pencəyi gördüm deyən tapılmayıb. Sabir bəy problemin aradan qaldırılması üçün “Trendyol” dəstək xidmətinə müraciət edib. Şirkətdən Sabirə verilən cavab isə onu qane etmir.  “Trendyol”dan bildirilib ki,  kostyum alan zaman şalvar və pencəyin qiyməti ayrı-ayrı hesablanıb. Ödəniş düz aparılmadığndan “Trendyola” edilən ödənişin 1870 lirəsi müştəriyə qaytarılacaq.

Millətin cibinə girən bu fırıldaqçıların arqumentləri əməlli-başlı gülüş yaradır. Bazarda kostyum dəstinin şalvar və pencəyinin ayrı-ayrı qiymətlərə satılması ilk dəfəydi qarşıma çıxırdı. Sabir bəy də yaxşı bilir ki, bu açıq-aşkar dələduzluqdur və onu aldadıblar. Amma şirkətin bəhanələri yalnız söz oyunudur ki, onu da düzgün qaydada apara bilmirlər. Bəlkə kostyum dəstində şalvarla pencək qiymətlərini ayrıd edə bilməyən “Trendyol” məhsul sifariş edən insanlara hörmətsizlik nümayiş etdirir. Sabir bəy əlacsız halda az qala tək şalvarla da razılaşıb. Amma şalvar da “brak” çıxıb. Əvvəla məhsul sifariş edilən zaman Sabir bəy yun kostyum istəyib. Qarşı rətəf də müştəriyə “hə” deyib. Göndərilən bağlamadan isə nə yun pencək, nə də yun şalvar çıxıb. Sabir bəyə yalnız yay şalvarı göndərilib. Bu, onlayın ticarət hələ çox müştəriləri şalvar-pencəksiz qoyacaq. Bir qədər ucuz təklif edilən məhsulun üzərində manipulyasiya aparmaq və istehlakçının hüquqlarını tapdamaq heç bir şirkətin haqqı deyil və özlərinə bəraət qazandıra bilməzlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri