Sabit Bağırov: Ermənistana verilən tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atılmalıdır
Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beynəlxalq təşkilatların Ermənistana verdiyi tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atılmalıdır.
Bunu "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov Ermənistanın mineral xammal resurslarının rəqəmsal xəritəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən və Azərbaycana axan on çayın hamısı təhlükəlidir:
"Ermənistanın dağ-mədən sənayesi həmin çayların sularına ciddi zərər vurur. Ermənistanda 15 xüsusi tullantı zavodu var. Əksəriyyəti də sovet dövründə yaradılıb. Həmin zavodların tullantı anbarları çox təhlükəli durumdadır. Bu məlumatı Ermənistan mediası da faktlarla paylaşmışdı. Ona görə də təhlükənin fərqindəyik və ekoloji problemin qarşısının alınmasında ciddi fəaliyyət göstərməliyik. Beynəlxalq təşkilatların Ermənistana verdiyi tövsiyələrin tələblərə çevrilməsi üçün addımlar atmalıyıq".
S.Bağırov təklif edib ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü öz Standartında ekoloji normaların tətbiqinə dair meyarları gücləndirməlidir:
“Belə olsa, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün üzvü olan Ermənistan bu sahədə daha şəffaf və məsuliyyətli olar. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası üzrə Katibliyi də bu problemlə bağlı konkret mövqe ortaya qoymalıdır. Biz onlarla da görüşməyə hazırıq. Çünki Ermənistan bu Konvensiyaya qoşulmaqdan qaçır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Fevral 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















