Icma.az
close
up
RU
Hüquq müdafiəçiləri və jurnalistlər Prezidentə müraciət etdi Əvəz Zeynallıya görə

Hüquq müdafiəçiləri və jurnalistlər Prezidentə müraciət etdi Əvəz Zeynallıya görə

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cənab Prezident! “Xural” Media Yayınları Qrupunun rəhbəri Əvəz Zeynallı 2022-ci ilin sentyabrında həbs olunub. Həbsdə olduğu müddətdə onun səhhətində ciddi problemlər yaranıb. Təxminən il yarım əvvəl gözündə ciddi əməliyyat aparılıb. Digər gözündə əməliyyat aparılmasına həbsxanada olduğu üçün həkimlər etiraz ediblər.

Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona bədxassəli xərçəng diaqnozu qoyulub: «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» .  Bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasıdır.

Cənab Prezident!

Yaranmış situasiyada Əvəz Zeynallının səhhəti ilə bağlı qoyulmuş diaqnozun kifayət qədər ciddiliyini, həyatının təhlükədə olmasını, yetərincə peşəkar müayinə və müalicəyə ehtiyac yarandığını , bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyünü diqqətinizə çatdırmaq istəyirik.

Əvəz Zeynallının səhhətinin kifayət qədər ciddi təhlükə altında olmasını, onun müsbət reputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qətimkan tədbirinin dəyişdirilməsini və azadlığa buraxılmasına göstəriş vermənizi Sizdən xahiş edirik.

Əvəz Zeynallı bütün şüurlu ömrünü Azərbaycana, onun dəyərlərinə, Azərbaycan xalqının maarifləndirilməsinə sərf edib. Azərbaycanda fəaliyyət göstərdiyi 30 il müdfətində hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edib, dövlətin təməlinə zərər vuran ünsürlərlə mübarizə aparıb.

Cənab Prezident!

Əvəz Zeynallının 2 qızı var. Onlardan biri Danimarkanın Aarhus universitetinin jurnalistika fakültəsini bitirmək üzrədir. Türkiyə Təhsil Nazirliyi növbəti tədris ilində Londonda təhsil alması üçün ona şans tanıyıb. İkinci qızı isə İstanbul Universitetinin Tibb fakültəsinin bu il məzunu olacaq.

Cənab prezidenti!

Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!

İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.

Novella Cəfəroğlu – Hüququ müdafiəçisi

Səadət Bənənyarlı – Hüquq müdafiəçisi

Arzu Abdullayeva – Hüquq müdafiəçisi

Səidə Qocamanlı – Hüquq müdafiəçisi

Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi

Hilal Məmmədov – Hüquq müdafiəçisi

Fikrət Cəfərli – Hüququ müdafiəçisi

Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri

Mehman Əliyev – jurnalist

Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri

Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri

Sevil Nuriyeva – media nümayəndəsi

Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist

Elçin Zahiroğlu – jurnalist

İkram Rəhimov – jurnalist

Ceyhun Musayev – jurnalist

Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi

Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri

Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri

Zülfüqar Savaş – Savashmedia.az xəbər portalının rəhbəri

Murad Köhnəqala – yazıçı, jurnalist

Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi

Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi

Kamran Həsənli – aparıcı jurnalist

Rüstəm Behrudi – Şair

Niyaz Niftiyev – Tarixçi, jurnalist

Elxan Şükürlü – jurnalist

Fadil Paşayev – Konkret az saytının rəhbəri

Bəhram İsmayıl – ABP sədri

Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri

Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri

Fərəc Quliyev – Milli Demokrat Hərəkatı Partiyasının sədri

İqbal Ağazadə – Ümid Partiyasının sədri

Qorxmaz İbrahimli – MHB rəhbəri

Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası

Səbirə Mahmudova – veteran jurnalist

Elçin Həsənzadə – Hüquq müdafiəçisi

İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Aprel 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri